Paşinyan iqtidarı yeni uğursuzluqlarla üzləşə bilər
24.07.2021 [06:02]
Konstitusiya məhkəməsinin seçkilərin nəticələri ilə bağlı qərarı qüvvədə saxlaması məğlub Errmənistanda yeni situasiya yaradıb. Belə ki, əvvəl küçə mübarizəsini istisna etməyən müxalifət blokları son anda parlamentdə təmsil olunmaq barədə qərar qəbul ediblər. Seçki siyahısının ön sıralarında olan bəzi şəxslərin mandatdan imtina etmələrinə baxmayaraq, müxalifət mübarizəni parlamentdə davam etdirmək fikrindədir.
Qeyd edək ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının siyahısında olan 16 namizəd də mandatdan imtina edib. “Aysor.am” yazır ki, həmin şəxlərin müxtəlif vəzifələrə təyin olunacaqları gözlənilir. Nikol Paşinyan, Lilit Makunts, Suren Papikyan, Arayik Harutyunyan, Anahit Avanesyan, Romanos Petrosyan, Hovannes Harutyunyan, Hakop Simidyan, Diana Qasparyan, Armen Pambukçuyan və digərlərinin mandatdan imtinası bu səbəbdən qaynaqlanır. Bu sayın artacağı və siyahının sonunda yer alan təsadüfi şəxslərin mandat alacağı da istisna edilmir.
Məsələyə diqqət yetirən “Joğovurd” qəzeti bu günlərdə “Vətəndaş müqaviləsi” partiyasında deputatlığa namizədlərdən kimin mandatdan imtina etməli və kimin parlamentə getməli olduğunun müzakirə edildiyini yazır. Qəzetin yazdığına görə, partiyanın seçki siyahısında 20-ci yerdə olan Armen Pambukçuyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilə bilər: “Bundan əvvəl hakim fraksiyanın rəhbəri olmuş Lilit Makunts da artıq özü ərizə verərək siyahının ilk üçlüyündən çıxıb. L.Makunts onsuz da “çamadan əhval-ruhiyyəsi”ndədir, çünki avqustun əvvəllərində Ermənistanın səfiri kimi ABŞ-a gedəcək”.
Xatırladaq ki, yeni parlamentin ilk iclasının vaxtı da bəlli olub. “Panorama.am”ın mərkəzi seçki komissiyasının sədri Tiqran Mukuçyana istinadən verdiyi xəbərə görə, VIII çağırış Ermənistan parlamentinin ilk sessiyası avqustun 2-də baş tutacaq.
Yeri gəlmişkən, “Şərəfim var” bloku parlament müxalifəti kimi mövcud hökumətə qarşı bütün qanuni vasitələrlə mübarizəni davam etdirəcəyini bəyan edib. “Sputnik-Ermənistan”ın yazdığına görə, bu barədə blokun yaydığı bəyanatda qeyd edilir. Sənəddə hakimiyyətin təhlükəsizlik problemlərinin həlli ilə deyil, müxalifətə təzyiq, təhdid və həbslərlə məşğul olduğu qeyd olunur. Bəyanatda o da vurğulanır ki, hakimiyyətin hərəkətlərini özbaşına və qanunsuz hesab etdiyi üçün blok mövcud hakimiyyətə qarşı mübarizəni davam etdirəcək.
Qeyd edək ki, Paşinyanın rəqiblərinə qarşı təqib və təzyiqləri də davam edir. “News.am” yazır ki, seçkidə iştirakdan imtina edən Ermənistanın ilk baş naziri, müxalifətin birləşdiyi “Vətənin xilası naminə” hərəkatın baş nazir postuna vahid namizədi Vazgen Manukyana qarşı açılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bildirilir ki, V.Manukyan dövlət hakimiyyətinin ələ keçirilməsinə, ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışla ittiham olunur.
Bu arada, Ermənistan hakimiyyətində kadr dəyişikliyi və istefa halları çoxalıb, məğlub ölkənin hərbi rəhbərliyində isə vəziyyət daha acınacaqlıdır. Belə ki, Arşak Karapetyanın müdafiə naziri postuna hazırlanması ordu rəhbərliyində narazılıqla qarşılanıb. Artıq yüksəkrütbəli bir çox hərbçi istefa üçün müraciət edib.
Beləliklə, son kadr dəyişikliklərini şərh edən ekspertlər hakimiyyətin bacarıqlı kadr sarıdan bəxti gətirmədiyini və Paşinyanın mövcud komandası ilə heç bir uğur əldə edə bilməyəcəyini vurğulayırlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

