Ermənistanda siyasi gərginlik davam edir
24.06.2021 [09:03]
Məlum olduğu kimi, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib. Artıq seçkidə iştirak edən partiya və blokların bir çoxu məğlubiyyətlə barışaraq Paşinyanı təbrik ediblər. Lakin siyasi qüvvələr arasında seçkilərin nəticələri ilə razılaşmayanlar da var. Hətta parlamentdə mandat qazanmayan siyasilərin bəzilərinin fikrincə, seçkilərin nəticələri məğlub ölkəni böhrandan çıxarmayacaq.
Ermənistan mediasının yazdığına görə, artıq “Ermənistan” blokunun rəhbərliyi parlament seçkilərinin nəticələrini mübahisəli hesab etdiyi üçün rəsmi şəkildə konstitusiya məhkəməsinə müraciət edib, eyni zamanda, mərkəzi seçki komissiyasından (MSK) məhkəməyə şikayət ünvanlayıb. Bu arada, “Sputnik-Ermənistan”ın yaydığı məlumata əsasən, MSK-ya edilən müraciətlər əsasında 70 regional seçki məntəqəsində səslərin yenidən sayılmasına razılıq verilib. Artıq 27 məntəqədə səslərin yenidən sayılmasına başlanılıb. Müşahidəçilərin fikrincə, bu sayımdan sonra faizlərdə hər hansı dəyişkilik mümkün olsa belə, ümumi nəticələrə ciddi təsir göstərəcəyi güman edilmir.
Yeri gəlmişkən, əvvəlki parlamentdə təmsil olunan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyan seçkidən dərhal sonra nəticələrə etiraz etsə də, komandası ilə görüşdə reallığı qəbul etdiyini bildirib. “News.am”ın yaydığı digər xəbərə görə, partiyanın parlament fraksiyasının katibi Arman Abovyan isə seçkilər baş tutsa da, faktiki olaraq ölkədə siyasi böhranın aradan qaldırılmadığını deyib. “Panorama.am” yazır ki, oxşar bəyanatla “Rusiya erməniləri ittifaqı”nın sədri, “Ermənistan-Bizim evimiz” partiyasının təsisçisi Ara Abramyan da çıxış edib.
Bu arada, “News.am” yazır ki, seçkidə məğlub olan “Ermənistan” bloku isə hakimiyyətin yeni siyasi repressiyalara başladığı barədə bəyanatla çıxış edib. Belə ki, blokdan deputatlığa namizəd, “İzmirliyan” tibb mərkəzinin rəhbəri Armen Çarçıyana qarşı irəli sürülən ittihamın siyasi xarakter daşıdığı elan edilib. Xatırladaq ki, xüsusi istintaq xidməti A.Çarçıyana qarşı həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul edib, prokuror isə ona qarşı cinayət işi başlanılması və həbs olunmasına razılıq verilməsi üçün MSK qarşısında vəsatət qaldırıb. Repressiya və təzyiq barədə digər bir iddia isə icma rəhbərlərinin təhdidlərlə “könüllü olaraq” istefaya göndərilməsi barədədir. “Aysor.am”ın yaydığı məlumata görə, regionlarda icma rəhbərləri istefa verməyə məcbur edilir. Məlumatda o da qeyd edilir ki, Lori vilayətinin Odzun icmasının başçısı Arsen Titanyana qarşı oxşar tələb irəli sürülüb və o, qubernatorun tələbini yerinə yetirməkdən imtina etdikdə isə vilayət rəhbərliyinin binasında döyülüb.
Göründüyü kimi, məğlub ölkədə seçkilər arxada qalsa da, daxili siyasi gərginlik davam edir. Məğlubiyyətlə barışmayan qüvvələrin etirazlarına hakimiyyətin siyasi təqib və təzyiqlərinin əlavə olunması isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40

