Sorossayağı “demokratiya”nın Ermənistan nümunəsi
24.04.2021 [09:12]
Məlum olduğu kimi, son günlər məğlub Ermənistanda vəziyyət yenidən gərginləşib. Hökumətin yeni təxribat və repressiyalara rəvac verməsi ölkədə mövcud olan xaosu daha da dərinləşdirir. Ermənistan mediasının yazdığına görə, son vaxtlar regionlara səfərlər edən baş nazir Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyaları hakimiyyətin öz əleyhdarlarına kəskin cavab vermək üçün bir bəhanə olub.
Qeyd edək ki, baş nazirin Sünik vilayətinə son səfərinə etiraz bildirdiyinə görə, Qafan, Mehri, Aqarak və Gorus şəhərlərindən 20 nəfərə yaxın sakin, o cümlədən Mehri şəhərinin meri Mxitar Zakaryan Xüsusi istintaq xidməti tərəfindən həbs edilib. Paşinyan hakimiyyətinin vəziyyəti gərginləşdirməkdə və aksiyaların təşkilində günahlandırdığı Sünik vilayətinin keçmiş qubernatoru, “Yüksələn Ermənistan” partiyasının sədri Vahe Hakobyan isə “168.am”a verdiyi açıqlamada onun həbsi barədə də əmr verildiyini bildirib.
Onu da vurğulamaq yerinə düşər ki, baş nazirə qarşı etirazlara görə kütləvi həbslər həyata keçirilməsini yerli hüquq müdafiəçiləri də qınayır, artıq Ermənistanda özünüifadə azadlığının tam ləğv edildiyini bəyan edirlər.
Bununla yanaşı, yerli media xəbər verir ki, ölkənin əsas müxalifət partiyaları da hakimiyyətin kütləvi həbslərinə kəskin reaksiya veriblər. Məsələn, “News.am” yazır ki, Respublikaçı partiyanın yaydığı bəyanatda repressiyalardan narahatlıq ifadə edilib: “Ölkədə davam edən terrorun, siyasi təqiblərin, əsas hüquq və azadlıqların kobud şəkildə pozulmasının hər cür təzahürünü kəskin şəkildə qınayır və bütün məhbusların dərhal sərbəst buraxılmasını tələb edirik”.
Bu arada “Vətənin xilası naminə hərəkat”ın koordinatoru İşxan Saqatelyan birləşmiş müxalifətin kütləvi həbsləri və Xüsusi istintaq xidmətində Sünik sakinlərinə qarşı tətbiq olunan zorakılığı qınadığını bildirib.
Yeri gəlmişkən, paytaxt Yerevanda müxalifət Sünik vilayətində həbs edilənlərin azad edilməsi tələbi ilə keçirilən aksiyalar zamanı polis qüvvələri ilə etirazçılar arasında toqquşmalar müşahidə edilib və çox sayda vətəndaş saxlanılıb. “Aysor.am” yazır ki, Ermənistan polisi aprelin 22-də Baş prokurorluğun binası yaxınlığında baş verən qarşıdurmalarla əlaqədar olaraq “xuliqanlıq” maddəsi ilə cinayət işi açıb və 14 nəfər həbs edilib.
Məğlub ölkədə baş verən son hadisələrdə digər maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda ifadə azadlığının kobud şəkildə pozulmasına beynəlxalq hüquq müdafiə təşkilatları göz yumur. Belə ki, baş nazirə etiraz etdiyinə görə kütləvi həbslər barədə təsdiq edilmiş faktlara baxmayaraq, beynəlxalq təşkilatlar, habelə insan hüquqları sahəsində fəaliyyət göstərən digər qurumlardan Paşinyan hakimiyyətinə adi xəbərdarlıq da edilmir. Bu isə beynəlxalq təşkilatlar tərəfindən artıq ənənə halını alan qeyri-obyektiv yanaşmanın daha bir nümunəsidir. Belə ki, əgər oxşar hadisələr Azərbaycanda baş versəydi, Qərbdəki “Soros” fondunun nəzarətində olan beynəlxalq hüquq müdafiə təşkilatları, media orqanları, siyasətçilər və ekspertlərin reaksiyasını təsəvvür etmək çətin olmazdı.
Beləliklə, baş nazir Paşinyanın regionlara səfərinə etirazlara görə kütləvi həbslərin həyata keçirilməsi Sorossayağı “demokratiya”nın Ermənistan nümunəsidir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

