Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır
20.04.2021 [08:36]
Məğlub Ermənistanda davam edən siyasi xaos baş nazir-prezident qarşıdurması və digər səviyyələrdə ciddi gərginliklərlə müşayiət olunur. Yerli media yazır ki, baş nazir Nikol Paşinyanın parlamentdəki son çıxışından sonra ölkədəki siyasi böhran daha da dərinləşib. Belə ki, baş nazirin parlamentin kürsüsündən səsləndirdiyi ittihamlar əsasən siyasi rəqibləri tərəfindən kəskin reaksiyalarla qarşılanıb.
Yeri gəlmişkən, hazırda Ermənistanda baş nazirə və hakimiyyətə qarşı ittihamlar səngimək bilmir. “News.am”ın yazdığına görə, baş nazir və prezident arasında “soyuq savaş” davam edir. Bu dəfə Ermənistan prezidenti Armen Sarkisyan hakim “Mənim addımım” fraksiyasının təklifi ilə seçki məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini imzalamaqdan imtina edib. Prezident buna səbəb kimi layihənin ölkənin bütün siyasi qüvvələrinin deyil, yalnız parlamentdəki siyasi qüvvənin təşəbbüsü ilə və tələsik şəkildə qəbul edilməsini göstərib. Prezidentin fikrincə, böhrandan çıxmaq üçün hədəf hesab edilən növbədənkənar seçkilərin təşkil olunmasından əvvəl geniş ictimai-siyasi müzakirələr nəticəsində formalaşan fikirləri nəzərə alaraq, konstitusiyaya və seçki məcəlləsinə hərtərəfli düzəlişlər aparılmalıdır. Sayt yazır ki, bütün bunlara baxmayaraq, prezident konstitusiya məhkəməsinə müraciət etmədiyi üçün 5 gün ərzində parlamentin sədrinin imzası ilə sözügedən layihə qüvvəyə minəcək.
Qeyd edək ki, Ermənistandakı indiki siyasi vəziyyəti yerli ekspertlərin əksəriyyəti çox ağır olaraq qiymətləndirirlər. Məsələn, “Panorama.am”ın xəbərinə görə, politoloq Stepan Danielyan deyib ki, ölkədə oliqarxik modeldən avtoritar idarəetmə modelinə keçid baş verir: “Maraqlıdır ki, indi heç kim 2018-ci ildən əvvəl Ermənistanda hansı rejimin olduğunu müzakirə etmir”.
Onun sözlərinə görə, 2018-ci ilə qədər zənginləri təmsil edən oliqarxlar hakimiyyətdə idilər, indi isə avtoritar idarəetmə modelinə keçid baş verir. Göründüyü kimi, ekspertlər Paşinyanın ölkədə diktatura rejimi qurduğu barədə ortaq qənaətdədirlər.
Beləliklə, ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi elan olunsa da, Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Məğlub ölkədə müşahidə edilən siyasi xaos və qarşıdurma seçkiqabağı dövrdə gərginliyin daha da artacağından xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

