Ermənistanda siyasi xaos bütün sahələrdə böhranın dərinləşməsini şərtləndirir
12.03.2021 [09:05]
Məlum olduğu kimi, Ermənistanda xaos vəziyyəti hökm sürür. Belə ki, Nikol Paşinyanın istefasını tələb edən müxalifətin avtoyürüşdən tutmuş vətəndaş itaətsizliyinə qədər müxtəlif formalarda etiraz aksiyaları davam edir. Paşinyanın baş qərargah rəisi Onik Qasparyanla qarşıdurmasından sonra “Vətənin xilası naminə hərəkat”ın parlamentin qarşısında kütləvi aksiyaları davam etdirməsi və parlamentin binasını mühasirəyə alması vəziyyəti bir qədər də gərginləşdirib.
Yerli medianın yazdığına görə, prezident Armen Sarkisyanın baş qərargah rəisinin vəzifədən azad olunmasının qanuna uyğunluğu məsələsi ilə bağlı konstitusiya məhkəməsinə (KM) müraciət etməsi də vəziyyəti sabitləşdirməyib. Belə ki, siyasətçilər, hüquqşünaslar və ictimai xadimlərin çoxsaylı çağırışlarına baxmayaraq, A.Sarkisyan qanunda nəzərdə tutulmuş müddətdə (2021-ci il 9 mart tarixinə qədər) KM-ə müraciət etməyib. Baş nazir isə ondan tez tərpənib. Qanunla martın 10-dan O.Qasparyanı vəzifədən azad edilmiş hesab edən Paşinyan keçmiş baş qərargah rəisi Artak Davtyanın onun yerinə təyin edilməsi barədə vəsatəti prezident A.Sarkisyana göndərib. Bu arada “News.am” prezidentin mətbuat xidmətinə istinadən yazır ki, A.Sarkisyan həmin sənədi imzalamayıb və ciddi əsaslandırmalarla geri qaytarıb.
Onu da qeyd edək ki, qalmaqallı şəkildə vəzifədən uzaqlaşdırılan A.Davtyanın yenidən baş qərargah rəisi təyin edilməsinə cəhd cəmiyyətdə ciddi narazılıqla qarşılanır. Belə ki, A.Davtyan Paşinyanın baş nazir olduğu dövrdə iki dəfə yüksək vəzifəyə təyin edilib və daha sonra azad edilib. Bu arada, “Hraparak” qəzeti xatırladır ki, 8 iyun 2020-ci ildə karantin zamanı oğluna toy etməsi ilə bağlı qalmaqala görə istefa verən A.Davtyan 17 iyul 2020-ci ildə hərbi sənaye komitəsinin sədri təyin olunub və 16 noyabr 2020-ci ildə vəzifəsindən azad edilib. Yeri gəlmişkən, Ermənistan müdafiə naziri V.Arutyunyanın əmri ilə baş qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan müvəqqəti olaraq baş qərargah rəisi vəzifəsini icra edir.
Xatırladaq ki, son dövrlər baş nazirin atdığı bu cür qeyri-adekvat addımlara görə erməni cəmiyyətində çaşqınlıq yaranıb, üstəlik N.Paşinyanın vəziyyətə nəzarəti itirdiyi barədə qənaət hasil olub. Məsələn, “Tert.am” yazır ki, animasiya filmlərinin rejissoru David Sahakyants jurnalistlərə verdiyi açıqlamada deyib: “Bugünkü vəziyyət göstərir ki, vətəndaşlar nə baş verdiyini anlamırlar. Düşünürəm ki, illər ərzində biz reallıqla əlaqəmizi itirmişik. İlk növbədə, insanlar bu gün qarşılaşdığımız problemləri ciddi qəbul etmirlər. Son mitinqdəki çıxışı Paşinyanın da uzun müddətdir vəziyyətə nəzarət etmədiyini sübut etdi. Mitinq onun reallıqla əlaqəsi olmadığını təsdiqlədi”.
Yeri gəlmişkən, “News.am” yazır ki, prezident A.Sarkisyan baş naziri, parlamentdəki fraksiyaların liderlərini və “Vətənin xilası naminə hərəkat”ın liderlərini 13 martda prezident iqamətgahına birgə görüşə dəvət edib. Onun adından yayılan bəyanatda deyilir ki, ölkədə siyasi böhranın davam etməsi, vəziyyətin gərgin olaraq qalması ciddi nəticələrə səbəb ola bilər.
Prezidentin dəvətinə münasibət bildirən “Vətənin xilası naminə hərəkat”ın koordinatoru İşxan Saqatelyan bu cəhdi gecikmiş addım kimi dəyərləndirib. “Armenia today” yazır ki, müxalifət nümayəndəsi, həmçinin vətəndaşları qiyama hazır olmağa çağırıb.
Beləliklə, Paşinyan orduya rəhbərliyi ələ keçirməklə məşğuldur, müxalifət isə vətəndaşları üsyana çağırır. Yerli ekspertlər isə bildirirlər ki, Paşinyan hakimiyyəti ölkəni böhrandan çıxara bilmir, əksinə cəmiyyəti parçalamaqla məşğuldur. Yaranmış vəziyyət isə açıq qarşıdurma vəd edir. Siyasi şərhçilər vurğulayırlar ki, bütövlükdə, Ermənistanda siyasi xaos bütün sahələrdə böhranın dərinləşməsini şərtləndirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

