Ermənistanda total siyasi böhran davam edir
19.02.2021 [09:15]
Paşinyan isə yalnız hakimiyyətini qorumaq barədə düşünür
Müharibədən sonra düşdüyü ağır vəziyyətdən çıxa bilməyən Ermənistanda siyasi böhran yeni mərhələyə qədəm qoyub. Belə ki, müxalifətin istefa tələblərinə məhəl qoymayan Nikol Paşinyan və komandasının növbədənkənar seçkilərdən də imtina etməsi siyasi qarşıdurmanı daha da dərinləşdirib. Ermənistan mediasının yazdığına görə, hakimiyyət müxalifətin gözlənilən hücumu qarşısında regionlarda Paşinyanın müdafiəsi üçün “izdihamsız mitinq”lər təşkil edir. Bununla yanaşı, hakim komanda tərəfindən müxalifətin böhran keçirdiyi barədə iddialar da səsləndirilir.
Onu da qeyd edək ki, ekspertlərin fikrincə, hazırda baş nazir Paşinyanı yalnız özünün və ailəsinin təhlükəsizliyindən başqa heç nə maraqlandırmır. Məsələn, “News.am”ın yazdığına görə, Ermənistan konstitusiya məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan deyib ki, fiziki mövcudiyyətinin qorunması barədə təhlükəsizlik qüvvələri tərəfindən N.Paşinyana verilən zəmanətin xaricində onu hakimiyyətdə saxlayacaq ikinci bir amil yoxdur. Kapitulyasiya aktını imzalayandan sonra Paşinyanın qaçıb gizlənməsinə toxunan E.Qazaryanın sözlərinə görə, bu günə qədər bu adamın vəzifədə qalması da həmin faktorla bağlıdır: “Paşinyan indi sığınacaqda deyil, lakin onun yaşayış və iş yerini qorumaq üçün müstəsna təhlükəsizlik tədbirləri görülür. Onun regionlara etdiyi səfərlər də, iş yerindən kənarda keçirdiyi görüşlər də gizli saxlanılır”.
Bu arada, “Panorama.am”ın yazdığına görə, “Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyan jurnalistlərə verdiyi açıqlamada bildirib ki, son 4 ayda baş verən bütün proseslər Ermənistan baş nazirinin yarıtmazlığının göstəricisidir: “Çünki bu adam nə ordunu, nə də dövləti idarə edə bilir. N.Paşinyan ölkəmizin gələcəyi üçün çox təhlükəli hala gəlib. Hakimiyyətdə qalmağa çalışsa da, xalqımız və beynəlxalq aləm tərəfindən hörmət görməyən bir adam Ermənistana fayda verə bilməz”.
V.Manukyanın sözlərinə görə, Paşinyan yalnız hakimiyyətini necə qorumaq barədə düşünür.
Qeyd edək ki, ölkədə yaranmış vəziyyətə görə müxalifətin passivliyi də tənqid edilir. “Sputnik-Ermənistan” yazır ki, siyasi ekspert Vigen Hakopyan “Vətənin xilası naminə hərəkat”la 2018-ci ildəki müxalifət hərəkatı arasında paralellər aparıb və Paşinyan tərəfdarlarının İctimai radionun binasını ələ keçirdiyini nümunə gətirib: “Təbliğat və informasiya baxımından bu bina müxalifət üçün heç bir ciddi əhəmiyyətə malik deyildi, lakin simvolik olaraq bu aksiya hakimiyyətin zəifliyini göstərmək məqsədi daşıyırdı. Paşinyan bu addımla “qırmızı xətləri” keçə biləcəyini nümayiş etdirdi. Mövcud müxalifətə gəldikdə, fikrimcə, bu gün mübarizə metodlarına yenidən baxmalıdır”.
Politoloq müxalifətə fəaliyyətini aktivləşdirməyi məsləhət görür: “Vəziyyətə siyasi texnologiyalar nöqteyi-nəzərindən baxsaq, müxalifət hərəkətlərinə bir qədər dinamizm verməlidir. “Vətənin xilası naminə hərəkat”da birləşən erməni müxalifəti konkret nəticələr əldə etmək istəyirsə, cəmiyyətə yanaşmasını yenidən nəzərdən keçirməlidir”.
Yeri gəlmişkən, “News.am”ın yazdığına görə, “Mənim addımım” fraksiyasının deputatı, Paşinyanın qaynı Hraçya Hakopyan da oxşar iddialarla çıxış edərək deyib ki, Ermənistan müxalifəti siyasi böhran keçirir: “Müxalifət cəbhəsində də siyasi böhran yaşanır. Bu böhran məhz cəmiyyətlə dialoq apara bilməyən müxalifətin mövcud olmasından qaynaqlanır. Bu gün xalqın etimadını qazana biləcək müxalifətimiz yoxdur”.
Beləliklə, məğlub ölkədə total siyasi böhran müxalifət və hakimiyyətin qarşılıqlı itttihamları ilə davam edir. Hazırda bütün siyasi qüvvələr fevralın 20-də keçirilməsi nəzərdə tutulan ümumrespublika mitinqini gözləyir. Ekspertlərin fikrincə, hakimiyyət də müxalifətin nəyə qadir olduğunu bu aksiyanın baş tutmasından sonra yəqinləşdirməyi düşünür.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29

