Budurmu “Fransa demokratiyası”?!
02.12.2020 [09:25]
XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar, xüsusilə fərqlənir. Məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya çıxır. Bu kontekstdə bir neçə nümunəyə nəzər yetirmək məqbuldur.
Subyektiv “demokratiya” anlayışı və ya ikili standartlar siyasəti
Reallıq budur ki, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Qərb ölkələrinin özlərində çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi hallar hökm sürür. Xüsusilə də, vətəndaşlara qarşı ayrı-seçkilik, hüquq pozuntuları “demokratiya”, “insan hüquqlarının qorunması” adı ilə pərdələnməkdədir. Ümumiyyətlə, bu ölkələrdə QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması, mediaya yönəlik repressiv siyasətin həyata keçirilməsi, sərbəst toplaşmaq və vicdan azadlıqlarının pozulması kimi faktlar Qərb ictimai-siyasi mühitinin antidemokratik mahiyyətini göstərir.
Kütləvi nümayişlər və polis zorakılığı: Fransa ictimai-siyasi mühitinin antidemokratik mahiyyəti
Son olaraq Fransada baş verənlər “qoca qitə”nin “demokratiya”sının iç üzünü - gerçək mahiyyətini dünyaya nümayiş etdirdi. Xatırladaq ki, noyabrın 28-də Fransanın 70 şəhərində polis əməkdaşlarının və jandarmın foto və videosunu çəkməyi qadağan edən “Qlobal təhlükəsizlik barədə” qanun layihəsi əleyhinə etiraz aksiyaları başlayıb. Kütləvi aksiyalar jurnalistlərin həmkarlar ittifaqı, İnsan Hüquqlarının Müdafiəsi Liqası və digər ictimai birliklər tərəfindən təşkil edilib. Rəsmi məlumata əsasən, “Silahları endirin ki, biz də kameraları endirək!” şüarı altında keçirilən etiraz yürüşləri 130 mindən çox insanı bir araya gətirib. Nümayişlər bir çox şəhərdə iğtişaşlarla müşayiət olunub. Həmçinin nümayişçilər ifadə azadlığını və hüquqi dövlət prinsipini pozan qanun mətninə etiraz olaraq Parisdə Respublika meydanına toplaşıblar. Aksiya iştirakçıları və polis arasında toqquşma olub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Küçələrdə maşınlar, qəzet köşkü, eləcə də kafelər yandırılıb.
Əlbəttə, bu, yeni hal və hadisə deyil. Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən birinin döyülərək öldürülməsi, son bir neçə il ərzində nümayişlər, həmçinin “sarı jiletlilər” aksiyası zamanı da belə mənzərənin şahidi olmuşuq.
Saxta təbliğat, yaxud “demokratiya” və “insan hüquqları” məfhumları təzyiq vasitəsi kimi...
Göründüyü kimi, Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, məhz ikili standartlardan çıxış edir. Toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobud şəkildə pozulur. Amma digər ölkələrə münasibətdə dərhal “demokratiya”, “insan hüquqları” məfhumları ortaya atılır, “Avropa dəyərləri”, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların, sadəcə, təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir.
Fransa “demokratiya dərsləri”ndən nə üçün özü yararlanmır?
Nəticə etibarilə, özünü dünyaya “demokratiya nümunəsi” kimi təqdim edən Fransanın öz vətəndaşlarının hüquq və azadlıqlarına münasibəti aydındır. Qeyd etdiyimiz kimi, bu ölkədə vətəndaşlara qarşı ən müxtəlif təzyiq üsullarına istinad edilir, insanlar repressiyaya və zorakılığa məruz qalırlar. Belə olan halda, demokratik siyasi sistemə malik olduğunu bildirən, dünyaya “demokratiya” dərsi keçməyə çalışan Fransa hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edir?
Digər tərəfdən, müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti ilə bağlı ən müxtəlif iradlar səsləndirən Avropanın özündə baş verənlər ikili standartlara, antidemokratik münasibətə dəlalət etmirmi? Və yaxud Fransa dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən özü niyə yararlanmır?!
Dolayısıyla, bu ölkənin “demokratiya dərsi” keçməyə, “demokratik tövsiyə”lər verməyə heç bir mənəvi haqqı yoxdur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

