Ermənistanda etiraz aksiyalarının yeni dalğası gözlənilir
28.11.2020 [01:06]
Paşinyan isə öz hakimiyyətini qorumaq üçün vətəndaş müharibəsinə getməyə də hazır olduğunu nümayiş etdirir
İşğalçı Ermənistanın baş nazirinin kapitulyasiya aktına imza atmasından sonra ölkəni bürüyən etiraz aksiyaları davam edir. Noyabrın 10-dan paytaxt Yerevanda başlayan kütləvi aksiyalar artıq regionlarda da vətəndaş itaətsizliyi və digər formalarda özünü göstərir. Yaranmış böhran vəziyyəti qarşısında baş nazir Nikol Paşinyan ölkədə mövcud olan hərbi vəziyyətin saxlanmasını hakimiyyətini qorumaq üçün çıxış yolu kimi görür.
Məhz bunun nəticəsidir ki, parlamentdəki müxalifət partiyalarının təklifi ilə hərbi vəziyyətin ləğv olunması məsələsi müzakirəyə çıxarılsa da, hakim fraksiyasının deputatları bu barədə qərarın qəbul edilməsinə mane olublar. “Aysor.am” yazır ki, növbədənkənar sessiyada hərbi vəziyyətin ləğv edilməsinin müzakirəsi zamanı iclas zalında qarşıdurma da baş verib. Belə ki, hakim “Mənim addımım” blokundan olan deputat Hamazasp Danielyanın çıxışı zamanı “Çiçəklənən Ermənistan” partiyasından olan deputatların - Gevork Petrosyan, İveta Tonoyan və Naira Zöhrabyanın müdaxiləsi əlbəyaxa döyüşlə nəticələnib. Sayt yazır ki, müzakirələrin nəticəsi müxalifətin istəyinə uyğun olmayıb. Belə ki, ölkədə hərbi vəziyyətin ləğvi barədə qərar layihəsi 56 səs əleyhinə, 36 lehinə və 2 bitərəf olmaqla rədd edilib.
Qeyd edək ki, müxalifətin ölkədə hərbi vəziyyəti ləğv etmək təşəbbüsünün əsas məqsədi davamlı kütləvi etiraz aksiyalarının qarşısını alan Paşinyan hakimiyyətinin birdəfəlik istefasına nail olmaqdır. Belə ki, hərbi vəziyyətin tələblərini bəhanə gətirən mövcud hakimiyyət həm kütləvi aksiyaların qarşısını alır, həm də təşkilatçı və iştirakçılara qarşı təzyiq və təqiblərə rəvac verir.
Buna baxmayaraq, ölkədə bu və ya digər formada etiraz aksiyaları davam edir. “News.am” saytı yazır ki, hökumət binasının qarşısında itkin düşmüş hərbçilərin qohumlarının növbəti etiraz aksiyası bu dəfə polis zorakılığına məruz qalıb. Aksiya iştirakçıları hökumət binasının həyətində baş nazir N.Paşinyanın maşın karvanı gedən yolu bağlamağa çalışıblar. Bunun qarşısını almaq üçün əraziyə çox sayda polis cəlb olunub və yolu bağlamaq istəyənlərə güc tətbiq edilib.
Ermənistan mətbuatının yaydığı xəbərə görə, təkcə paytaxtda yox, regionlarda da hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Bu dəfə İcevan şəhərinin mərkəzinə toplaşan vətəndaşlar N.Paşinyanın istefasını tələb ediblər. İcevanda keçirilən vətəndaş itaətsizliyi aksiyasında iştirak edən keçmiş deputat Suren Manukyan “Yerkir.am”a verdiyi açıqlamada deyib ki, bir neçə gündən sonra etirazçılar Yerevana piyada gedəcəklər və yürüş zamanı digər şəhərlərdən də onlara qoşulanlar olacaq.
“Aysor.am” saytı isə yazır ki, Ermənistan ziyalıları da hakimiyyətə qarşı etiraz səsini qaldırıb. Belə ki, erməni ziyalılarının nümayəndələri şənbə günü bütün əhalini Yerevanın mərkəzindəki “Şarl Aznavur” meydanına toplaşmağa çağırıb.
Yeri gəlmişkən qeyd edək ki, “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan parlamentdəki çıxışında hakimiyyəti müharibədən əvvəl, müharibə zamanı olduğu kimi, indi də yalan danışmaqda suçlayıb. Onun sözlərinə görə, N.Paşinyan və sabiq müdafiə naziri D.Tonoyan bütün danışıqlar prosesini iflasa uğratdı: “Məhz Ermənistan hakimiyyətinin danışıqlar prosesində uğursuzluqları müharibəyə təhrik etdi”.
Göründüyü kimi, işğalçı Ermənistanda mövcud vəziyyət ölkədə kütləvi etirazların yeni dalğasının baş verəcəyindən xəbər verir, məğlub ölkənin baş naziri isə güc strukturlarının hesabına hakimiyyətini saxlamağa çalışır. Ona qarşı kəskin etirazlara bir çox hallarda etinasız yanaşan Paşinyan isə öz kreslosunu qorumaq üçün hətta vətəndaş müharibəsinə getməyə də hazır olduğunu nümayiş etdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

