ABŞ demokratik dövlət imicini təhlükə qarşısına qoyub
06.04.2010 [09:43]
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarın siyasi mahiyyət daşıması hər kəsə gün kimi aydındır. Daha doğrusu, erməni lobbisinin təsiri və təzyiqi ilə hər il Türkiyəyə qarşı bu cür çirkin oyunlara cəlb olunan Amerika konqresmenləri həqiqətin nədən ibarət olmasını bilə-bilə Birləşmiş Ştatların demokratik dövlət imicinə zərbə vururlar. Yəni, ermənilərin əsassız iddialarını əldə bayraq edərək, hər il Türkiyəyə qarşı bu cür neqativ kampaniyanın aparılması, əslində ABŞ-ın “demokratiya keşikçisi” statusunun yalnız dildə və ya kağız üzərində anlam daşıdığına işarə edir.
ABŞ hər zaman dünyada demokratiyanın bərpası, bərqərarı uğrunda mübarizə apardığını bəyan edir. Reallıqda isə biz bunun əksini görürük. Daha doğrusu, nəzərə alsaq ki, insan hüquq və azadlıqlarının qorunması demokratiyanın ən əsas prinsiplərindən sayılır, o zaman işğalçı Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı tutduğu mövqe ABŞ tərəfindən qəbul olunmamalıdır. Artıq 20 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, 1 milyona yaxın insanı öz ata-baba torpaqlarından didərgin salan, dünyanın ən dəhşətli faciələrindən sayılan Xocalı soyqırımını həyata keçirən Ermənistan nədənsə ABŞ tərəfindən heç bir sanksiyaya məruz qalmayıb. Bir sözlə, görünən odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan ABŞ bəyan etdiyi prinsiplərlə daban-dabana zidd olan bir mövqe nümayiş etdirir. Belə ki, Ermənistanın yaratdığı və Dağlıq Qarabağı işğal altında saxlayan qondarma separatçı qurum demək olar ki, hər il ABŞ tərəfindən müəyyən yardımlarla maliyyələşir. Bu isə ABŞ-ın münaqişədə neytrallığını pozan amillərdəndir.
Digər tərəfdən, Ermənistan uzun illərdir ki, Azərbaycan kimi Türkiyəyə qarşı da ərazi iddiaları səsləndirməkdədir. Bu gün Ermənistan Konstitusiyasında da Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. O baxımdan, ABŞ-ın bu cür rəsmi işğal siyasəti həyata keçirən dövlətə dəstəyi başadüşülən deyil. Rəsmi Vaşinqtonun insan hüquq və azadlıqlarının qorunması istiqamətində apardığı siyasət bu mövqe ilə ziddiyyət təşkil edir. Bütün bunları xatırlatmaqla yanaşı, bir daha qeyd etmək yerinə düşər ki, bu gün ABŞ Konqresində qondarma “erməni soyqırımı” məsələsinin hansı səbəbdən gündəmə gəldiyi bəllidir. Yəni, bu birbaşa işğalçı Ermənistanla sərhədlərin açılması üçün rəsmi Ankaraya qarşı açıq təzyiq kampaniyası kimi xarakterizə oluna bilər. Lakin bu halda belə, ABŞ-ın sözügedən addımı müəyyən mənada anlaşılan deyil.
O baxımdan ki, Türkiyə Ermənistan ilə sərhədlərini açmağa hazır olduğunu bildirib. Bunun üçün Ermənistan, sadəcə, iki addım atmalıdır. İşğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalı və qondarma “erməni soyqırımı” iddialarından əl çəkməlidir. İlk baxışdan ABŞ-ın bu iki təklifi dəstəkləməmək üçün heç bir səbəbi yoxdur. çünki ABŞ hər zaman Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq kontekstində tənzimlənməsinə tərəfdar olduğunu bildirib. Beynəlxalq hüquq isə bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edir. Demək, Türkiyə bu şərtləri irəli sürməklə, əslində, beynəlxalq hüquq normalarını qorumuş olur.
ABŞ isə əksinə, demokratiyanın ən ali prinsiplərinə nəzər salmaq belə istəmir. Ermənistanın apardığı işğal, əsassız iddialar kampaniyasının qarşısında lal, kar və kor olan ABŞ demokratiyası sadəcə 100 il öncə baş verdiyi iddia olunan, amma elə iddiadan başqa bir şey olmayan, reallıqla səsləşməyən, bir sözlə yerli-dibli yalan olan qondarma “erməni soyqırımı” haqqında müzakirələr açır, ondan təzyiq rıçaqı kimi istifadə edir. Amma cəmi 18 il öncə baş verən, bütün təfərrüatları ilə açıq, canlı şahidləri olan, bundan başqa baş verən bütün işgəncə faktları ilə bağlı videoçəkilişlərin olduğu Xocalı soyqırımının üstündən sükutla keçir. Bəs bu, susqunluq hansı demokratik prinsipə əsaslanır? Digər tərəfdən, görəsən, bu gün işğalçı Ermənistanın müdafiə edilməsi ABŞ-ın dövlət maraqlarına nə dərəcədə xidmət edir?
Erməni lobbisinin ABŞ Konqresinin üzvlərini satın alaraq öz maraqlarına xidmət göstərməyə məcbur etməsi rəsmi Vaşinqtonu narahat etmirmi? Avropa ilə Asiyanın qovşağında, xüsusi strateji əhəmiyyətə, türkdilli ölkələr arasında böyük nüfuza malik bir müttəfiqi bir ovuc erməni lobbisinin marağı səbəbilə itirmək ABŞ-ın maraqlarına xidmət göstərirmi? Türkiyə kimi bir müttəfiqi hansısa başqa bir böyük gücün “for-postuna” qurban verməyə çalışmaq nə dərəcədə doğrudur?
Əlbəttə, okeanın o tayındakıları düşündürməli olan bu cür sualların sayını artırmaq olar. ABŞ rəsmiləri bu suallara cavab axtarmaqla yanaşı, bir məqamı heç zaman unutmamalıdırlar. Türkiyə-Azərbaycan qardaşlığı bütün problemlərin həllində öz gücünü göstərəcək və bu sarsılmaz qardaşlıq hər iki dövlətə qarşı yönələn ədalətsizliklərin aradan qalxmasına yardım edəcək.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
