Paşinyan hakimiyyətinin ömrünü uzatmaq üçün siyasi repressiya həyata keçirir
18.06.2020 [08:44]
Mövcud siyasi böhran şəraitində Ermənistanda baş verən qanunsuz hallara reaksiya vermək əvəzinə, ikili standartlardan çıxış edən bəzi beynəlxalq təşkilatlar isə susmağı üstün tuturlar
Məlum olduğu kimi, iyunun 16-da “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki eyniadlı fraksiyanın lideri Qaqik Çarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Eyni zamanda, Q.Çarukyan ölkənin Təhlükəsizlik Xidməti (TX) tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib. Hadisələrin gedişi göstərir ki, partiya sədrinin həbs ediləcəyi istisna deyil. Q.Çarukyanın məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir.
Yeri gəlmişkən, Q.Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq qurumların, bir sıra Qərb təşkilatlarının işğalçı ölkədə baş verənlərə seyrçi qalması haqlı suallar doğurur. Məsələ burasındadır ki, Q.Çarukyanın tərəfdarlarının TX-nin və Ermənistan parlamentinin binaları önündə etiraz aksiyalarına cəhdlərinin qarşısı ölkənin hüququ-mühafizə orqanları tərəfindən kobud şəkildə alınıb və yüzlərlə adam saxlanılıb. Hətta polis işçiləri aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq ediblər. “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Naira Zöhrabyan hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərini “siyasi repressiya” kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlara və səfirliklərə hakimiyyətin qanunsuz hərəkətləri barədə məlumat verilib. Lakin beynəlxalq təşkilatların Ermənistandakı nümayəndəliklərinin ofisləri qarşısında piketlər keçirilsə də, baş verənlərə beynəlxalq qurumlar tərəfindən ciddi reaksiya gəlməyib. Halbuki hadisələr zamanı insanların söz və ifadə azadlığı, sərbəst toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiqi, KİV əməkdaşlarının fəaliyyətinə maneçilik yaradılması və s. kimi Qərbin həssas yanaşdığı dəyərlərin pozulması müşahidə olunub. Buna baxmayaraq, nədənsə Qərb sükutunu pozmur. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA), ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb dövlətlərinin ölkədəki səfiri və nümayəndələri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu, işğalçı ölkədə baş verən və Qərbin seyrçi qaldığı ilk hadisə deyil. Ötən il müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada aclıq elan etdikdən sonra ölməsi zamanı da Qərb təkilatları heç bir reaksiya verməyiblər. Ümumiyyətlə, N.Paşinyan hakimiyyətə gəldikdən sonra ölkənin tanınmış siyasi və ictimai xadimlərini zərərsizləşdirməsi heç kimə sirr deyil. Baş nazir öz siyasi rəqiblərini bir-bir həbsə atdırır. Bununla yanaşı, Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Paşinyanın özünə rəqib hesab etdiyi və ya gələcəkdə rəqib olmaq ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etdirməsi və bunu Qərbin sükutla qarşılaması onun əl-qolunu daha da açır. Buna görə N.Paşinyan şəxsən güc strukturlarına onu tənqid edənləri müxtəlif təzyiqlərə məruz qoymağı və cinayət məsuliyyətinə cəlb etməyi tapşırır.
Qeyd edək ki, son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Təsadüfi edyil ki, bəzi ekspertlər mediaya açıqlamalarında artıq Ermənistanda “totalitar inqilabi diktatura”nın mövcud olduğunu söyləyirlər.
Beləliklə, hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran da yaşanır. Buna görə də öz hakimiyyətinin müddətini uzatmaq üçün N.Paşinyan ölkədə siyasi repressiya həyata keçirir.
Burada maraqlı məqam odur ki, azərbaycanofobiyadan ilhamlanan bəzi beynəlxalq təşkilatlar ölkəmizdə ən kiçik məsələyə belə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluqlara görə bir dəfə də olsun ölkə hakimiyyətini ittiham etməyiblər. Bu da həmin beynəlxalq təşkilatların ikili standartlardan çıxış etdiklərini bir daha sübuta yetirir. Bu halda Qərb “demokratiya”sının əsl mahiyyətinin nədən ibarət olduğunu əyani olaraq görmək mümkündür.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

