Türkiyə və Rusiya regionun sülh vasitəçiləri rolunda...
15.01.2010 [11:05]
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri həm yerli, həm də dünya mediasının ən çox müzakirə etdiyi mövzuya çevrilib. Xatırladaq ki, səfər çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Prezident Dmitri Medvedev ilə görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrin perspektivləri, qlobal enerji layihələri, regional münaqişələr və s. məsələlər müzakirə olunub. Dmitri Medvedev Rusiya ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə də görüşüb. V.Putin qeyd edib ki, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi bir müddət əvvəl 35 milyard dollara çatıb. Lakin qlobal maliyyə böhranı səbəbindən bu rəqəm ötən il 40 faiz azalıb. Türkiyə hökumətinin başçısı bildirib ki, iki ölkə arasındakı hərbi, iqtisadi və mədəni əməkdaşlıq inkişaf etməkdədir. Göründüyü kimi, regionun iki ən güclü dövlətləri artıq münasibətlərini strateji müttəfiqliyə qədər qaldırmaq niyyətində olduqlarını nümayiş etdirirlər.
Tarixi rəqiblikdən müttəfiqliyə doğru...
Tarixdən bəllidir ki, Rusiya və Türkiyə (Osmanlı imperiyası) Cənubi Qafqaz, Qara dəniz və Balkan kimi strateji məkanlar uğrunda mübarizə aparmış iki rəqib dövlətlər olub. Hələ XIX əsrin ortalarından başlayaraq, Qərb təxribatları nəticəsində qarşı-qarşıya gələn iki dövlət məhz həmin zamanlardan itkilər verməyə başlayıblar. Amma dünya bu dövlətlərin bir-birinə yardım etməsi nəticəsində bu gün beynəlxalq münasibətlər sistemində öz sözünü deməyə qadir olan iki ölkənin var olmasına da şahidlik edib. Aydınlıq üçün bildirək ki, I Dünya müharibəsinin sonunda məğlub olmuş Rusiya və Türkiyə parçalanmaq, həmçinin, dövlətçiliyin yox olması təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir vaxtda bir-birinə yardım əlini uzadan iki xalq bu günün qüdrətli dövlətlərini formalaşdırıblar.
Lakin sonradan “soyuq müharibənin” başlanması, ideoloji düşərgələr mübarizəsinin meydana gəlməsi Rusiya ilə Türkiyəni birgə fəaliyyətdən uzaqlaşdırdı...
Bu gün isə dünya çox dəyişib. Dünya siyasətinin hər zaman ağırlığını daşıyan Avrasiya geostrateji məkanı hazırda çoxqütblülük prinsipləri, qərarları əsasında idarə olunur. Artıq bu məkanda vahid liderə sitayiş meyilləri rədd edilir, qarşılıqlı əməkdaşlıq münasibətləri qurulur. Dünya siyasətinin tələbləri və dövlətlərin milli maraqları əsasında yeni münasibətlər ortaya çıxmağa başlayır...
Ankara və Moskva tarix yaza bilər...
Ortaya çıxan yeni siyasi münasibətlər çərçivəsində Türkiyə ilə Rusiyanın yaxınlaşması isə bütövlükdə Avrasiya məkanına müsbət istiqamətli dəyişikliklər vəd edə bilər. Beləliklə:
- İllərdir ki, Qərbin oyunlarında təzyiq alətinə çevrilmiş regional problemlər aradan qaldırıla və regionda uzunmüddətli sabitlik yarana bilər,
- Münaqişələrin aradan qaldırılmasından sonra region dövlətləri arasında sıx iqtisadi, siyasi və digər sahələrdə əlaqələr qurula bilər,
- Təbii ki, iqtisadi bağlılığın artması və qarşılıqlı etimad mühitinin formalaşması nəticəsində dövlətlər arasında sərhədlər də qaldırıla bilər,
- Rusiya ilə Türkiyə dostluğu, eyni zamanda, enerji təhlükəsizliyini təmin etməyə çalışan Avropanın xəyallarını reallaşdıra bilər. çünki enerji təhlükəsizliyi məsələsində Rusiya, Azərbaycan və Xəzər hövzəsinin bəzi dövlətləri əsas yanacaq mənbəyi, Türkiyə isə vacib tranzit məkanı rolunda çıxış edir. Bu səbəbdən də, Rusiya-Türkiyə münasibətlərinin dərinləşməsi Avropanın da xeyrinə işləyə bilər.
- Hər iki ölkənin ərəb və İslam dünyasında nüfuzu olduğu üçün Yaxın və Orta Şərqin problemlərinin də həllinə gətirib çıxara bilər və s.
Bir sözlə, Rusiya ilə Türkiyə qarşılıqlı münasibətlərində yeni keyfiyyətlər ortaya qoymaqla tarix yaza bilərlər.
Türkiyə və Rusiya regionun problemlərini həll etməyə çalışır
Türkiyə-Rusiya münasibətlərindən danışarkən, Cənubi Qafqaz regionundan və bu bölgədəki münaqişələrdən yan keçmək mümkün deyil. Elə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması, baş nazirlərin bəyanatlarında bu münaqişənin vacibliyinin vurğulanması deyilən fikirləri bir daha təsdiq etmiş olur. Xatırladaq ki, Rusiyanın Baş naziri Vladimir Putin Moskvada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşün yekunlarına həsr edilmiş mətbuat konfransında deyib: “Cənubi Qafqaz bölgəsində, bizim qonşularımız olan bütün ölkələr arasında münasibətlərin normallaşmasında Rusiya hamıdan çox maraqlıdır”.
V.Putin vurğulayıb ki, Rusiyanı həm Azərbaycanla, həm də Ermənistanla saysız-hesabsız tellər bağlayır: “Rusiyada milyonlarla, bir daha təkrar edirəm, milyonlarla azərbaycanlı və erməni yaşayır. Rusiya ilə bu ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. Məsələn, biz Azərbaycandan qaz almağa başlamışıq. Əlbəttə, keçmişdən bizə miras qalmış bütün münaqişələrin tənzimlənməsində çox maraqlıyıq”.
O, xüsusi olaraq vurğulayıb ki, Rusiya bütün problemlərin, o cümlədən, həm Qarabağ probleminin tezliklə tənzimlənməsində, həm də Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsində maraqlıdır: “Biz çox ümid edirik ki, keçmişin problemlərinə əsaslanan ifrat yanaşmaların, ifrat mövqeyin hər hansı ünsürləri danışıqlar prosesindən kənar ediləcək”.
Rusiyanın Baş naziri bir daha təkrarlayıb ki, onun ölkəsi bu məsələnin həllinə hər vasitə ilə kömək edəcək. Vladimir Putin türkiyəli jurnalistlərin sualını cavablandıraraq deyib: “Biz bütün tərəfdaşlarımızın mövqelərinə hörmətlə yanaşmışıq və bundan sonra hörmətlə yanaşacağıq. Bu məsələdə Rusiyanın rolu həmin mürəkkəb problemlərin həllinə yönəlmiş hər hansı müsbət addımları dəstəkləməkdən ibarətdir”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfəri çərçivəsində isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşündəki çıxışında Cənubi Qafqazda davamlı və möhkəm sülhün təmin olunmasının Ankara üçün vacib olduğunu, Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünün davam etdiyini bildirib. Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımların atıldığını və protokollar imzalandığını diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli də bizim üçün həyati əhəmiyyət daşıyır. Bu məsələdə ATƏT-in Minsk qrupunun üzərinə böyük məsuliyyət düşür. Artıq 20 ildir danışıqlar davam edir və problem hələ də həllini tapmayıb. Minsk qrupunun həmsədri olan Rusiya da bu prosesdə mühüm rola malikdir. Bu məsələdə tezliklə ədalətli qərar olarsa, Türkiyə ilə Ermənistan əlaqələrinin də normallaşması prosesi davam edəcək.
Bəyanatlardan da göründüyü kimi, iki ölkə regiondakı münaqişələrin həllində səylərini artırmaqla, bölgədə sülh, təhlükəsizlik və uzunmüddətli əməkdaşlıq qurmaq niyyətindədirlər. Əgər iki ölkə niyyətlərində ciddi olsalar, proses sonda bütün region üçün səmərəli perspektiv vəd edə bilər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

