Nikol Paşinyan Ermənistanın terrorçu siyasətindən əl çəkmədiyini sübut edir
12.10.2019 [10:18]
“Sasun dəliləri” adlı terrorçu təşkilatdan dəstək alan işğalçı dövlətin baş naziri daxildəki rəqibləri qorxutmaq məqsədi güdür
Türkiyənin cənub sərhədlərində yerləşən terrorçu qrupların nəzarətindəki ərazilərdə Türkiyə Ordusunun neytral zona yaratmaq üçün başlatdığı sülhməramlı hərbi əməliyyata ən kəskin reaksiyanın bütün dünyada işğalçı və terroru dəstəkləyən dövlət kimi tanınan Ermənistanın rəhbərliyindən gəlməsi təəccüb doğurmaya bilməz. Hərçənd ki, hakimiyyətə gəldiyi gündən faşist təmayüllü terrorçu təşkilatların dəstəyini alan və yürütdüyü siyasətlə işğalçılıq mövqeyindən əl çəkmədiyini sübut edən Nikol Paşinyanın hər hansı sülhməramlı əməliyyatla bağlı tənqidi fikir bildirməsi absurddur.
Belə ki, Ermənistanda baş verən hökumət böhranı və daxili gərginlik zamanı N.Paşinyanın ölkədaxili məsələləri parlamentdaxili siyasi partiya sədrləri ilə deyil, dünənə qədər terrorçu təşkilat kimi tanınan “Sasna Tsrer” (“Sasun dəliləri”) dəstəsinin liderlərindən olan Jirayr Səfilyan və Qaregin Çuqazyanla müzakirə etməsi ölkədə böyük rezonansa səbəb olub. Qeyd edək ki, 2016-cı ildə polis xidməti alayının “Sasna Tsrer” tərəfindən ələ keçirilməsinə, 3 nəfər polis işçisinin öldürülməsinə görə üzvlərinin bir çoxu həbs edilsə də, N.Paşinyan hakimiyyətə gəldikdən sonra cinayətkarlar həbsdən azad olundu, fəaliyyəti qadağan olunmuş silahlı terror dəstəsi siyasi fəaliyyətə başlayaraq parlament seçkilərində iştirak etdi.
Yeri gəlmişkən, N.Paşinyanın terrorçu dəstəsinin liderləri ilə görüşü Ermənistanda hələ də müzakirə olunur. Müxalifət və digər dairələrin nümayəndələri tərəfindən ciddi tənqid edilən bu görüşdən sonra səslənən ittihamlara cavab olaraq N.Paşinyan heç bir addım atmasa da, “Sasna Tsrer” terrorçu təşkilatının lideri J.Səfilyan görüşün mahiyyətindən danışmasa da, terrorçulara qarşı çıxış edənləri hədələyib, N.Paşinyanı mədh etməkdən də çəkinməyib.
Ermənistan hakimiyyətinə ünvanlanan tənqidlərdən ən çox diqqəti vaxtilə Dağlıq Qarabağda yüksək vəzifə daşımış Vitali Balasanyanın münasibəti çəkib. Xatırladaq ki, V.Balasanyan verdiyi müsahibədə “Sasna Tsrer”in üzvləri ilə görüşən N.Paşinyanın Ermənistan cəmiyyətini qorxutmaq məqsədi daşıdığını söyləyib: “N.Paşinyan demək istəyir ki, hakimiyyətin silahlı qanadı da var, bir əmrlə “Sasna Tsrer” və ya digərləri vasitəsilə problemləri fiziki güc tətbiq etməklə həll edərlər. Mən hamıya, xüsusən Nikol Paşinyanın tərəfdarlarına və “Sasna Tsrer”ə demək istəyirəm: belə söhbətləri təkrarlamağa və ya müzakirə etməyə çalışmayın, dərhal cavab alacaqsınız”.
Balasanyan 2016-cı ildə törətdikləri əmələ baxmayaraq, bu terrorçuların bağışlandıqlarını qeyd edərək, indi onların N.Paşinyanın hakimiyyətinə qəsd etməyə çalışanları fiziki olaraq məhv edəcəkləri ilə hədələdiklərini dilə gətirib: “Nikol Paşinyan və bu terrorçu qruplaşma bir bütövdür, eyni terrorçu qruplaşmadır, biri əlində silahla, digəri əlində qələmlə hakimiyyəti zəbt edib. Mən bunu yüksək səslə elan edirəm”.
Xatırladaq ki, “Sasna Tsrer” terror təşkilatı ilə hakimiyyətin işbirliyi sübut edir ki, N.Paşinyan hakimiyyəti əvvəlkindən fərqli mövqe sərgiləmir. Ermənistandakı mövcud hakimiyyətin, o cümlədən son 1 il yarım ərzində məsuliyyətsiz və qeyri-konstruktiv bəyanatlarla prosesin və regionda vəziyyətin daha da gərginləşməsinə səbəb olan N.Paşinyanın xələfi Serj Sarkisyandan fərqli olmadığı sübut edilir. Necə ki, vaxtilə Serj Sarkisyan erməni faşizminin banisi olan soydaşlarımıza qarşı qırğın törədən cəllad Qaregin Njdeyə Ermənistanda abidə ucaldıb, onun təlimi olan “Tsaxakronizm”i stolüstü kitab etmişdi, eynilə Paşinyan da Azərbaycan ərazilərinin işğalında iştirak edən, daha sonra Yerevanda polis idarəsini ələ keçirən silahlı quldur dəstələrinin üzvlərinin faşist təmayüllü təşkilat kimi siyasi fəaliyyətinə imkan verir, hətta onun dəstəyindən yararlanmağa çalışır.
Beləliklə, N.Paşinyanın çətin şəraitdə J.Səfilyan kimi terrorçu dəstə başçısından kömək istəməsi və bu dəstəyi alması Ermənistanda hakimiyyətin dəyişməsinə baxmayaraq, indiki rəhbərliyin keçmiş rejimdən mahiyyətcə fərqlənmədiyini göstərir. Yarandığı gündən terroru dövlət siyasəti kimi mənimsəyən, başqa bir dövlətin ərazisini işğal edib, orada qanunsuz silahlı birləşmələrin “at oynatması”na şərait yaradan Ermənistan rəhbərliyinin terrorçulara qarşı aparılan hərbi əməliyyatlara qarşı çıxması da bunu sübut edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15

