Nikol Paşinyan Ermənistanı fəlakətə sürükləyir
04.09.2018 [08:43]
Rusiya ilə münasibətlərin gərginləşməsi, ölkədaxili durumun acınacaqlı olması və ekstremistlərin baş qaldırması buna dəlalət edir
İşğalçı Ermənistanda rəhbərliyi ələ keçirən Nikol Paşinyanın daxildə olduğu kimi, xarici siyasətdəki səriştəsizliyi yerli və xarici medianın gündəmindədir. Xüsusilə Rusiya ilə münasibətlərinin gərginləşməsinə ekspertlər daha çox diqqət yetirirlər. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin həbsi ilə gərginləşən münasibətlərin normallaşması üçün elə bir ciddi addım atılmayıb. Əksinə, yeni hökumətin həbsdən azad etdiyi ekstremist-terrorçu şəxslərin Rusiya hərbi bazasının çıxarılması kimi hərbi-siyasi bəyanatlar verməsi vəziyyəti bir qədər də qəlizləşdirib.
Bu günlərdə Apelyasiya Məhkəməsinin KTMT baş katibi Yuri Xaçaturovun şikayətini rədd etməsi də Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsində yeni hökumətin maraqlı olduğunun göstəricisidir. Bu azmış kimi, onsuz da Rusiya ilə mürəkkəb münasibətlərin fonunda rəsmi İrəvanın digər ölkələrdən silah almağa çalışması, Hindistan mətbuatının Ermənistanın bu ölkədən silah almaq niyyəti barədə yazması, əlaqədar orqanların isə məlumatları təsdiqləməsi bu məsələnin ciddiliyindən xəbər verir.
Məsələ ilə bağlı “moscow-baku.ru” saytına münasibət bildirən hərbi analitik Pavel Felgenhauer deyib ki, Rusiya-Ermənistan münasibətlərindəki gərgin vəziyyət Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafına səbəb ola bilər. Qeyd olunan məsələ barədə fikirlərə eyni səpkidə münasibət sərgiləyən Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bildirib ki, bu kontekstdə Azərbaycan daha çox Rusiya ilə strateji müttəfiqliyin gücləndirilməsinə hazır olduğunu nümayiş etdirir. Ermənistanda son günlər baş verən ictimai-siyasi hadisələrə münasibət bildirən A.Duqin “vəziyyətin fəlakətli bir ssenari üzrə inkişaf edə və nəzarətdən çıxa biləcəyini” də istisna etməyib. Onun sözlərinə görə, gözlənilməz olan vəziyyətə geosiyasi amillər də əlavə oluna bilər.
Faşist və anti-Rusiya meyilli qüvvələrin baş qaldırdığına eyham vuran ekspertlər Ermənistanda “Sasuna tsrer” kimi silahlı mübarizə aparan ekstremist qüvvələrin partiya formalaşdırması ideyasının indiki münbit şəraitdə daha fəal olan “Soros” və Qərbin digər fondlarının layihəsi olduğunu söyləyirlər. Həmin terrorçuların siyasi fəaliyyətə başladıqlarını elan etdikləri gün Rusiyaya qarşı bəyanat yaymaları, Ermənistanın sərhədlərini qoruyan rus hərbçilərini əvəz etmək fikrinə düşmələri də bunu sübut edir. Daxildə olduğu kimi, xaricdə, o cümlədən Rusiya mətbuatında da bu çağırışlara kəskin münasibət bildirilir. Məsələn, “kubnews.ru” saytında yer alan yazıda “Soros”la bağlı olanların “Facebook”un erməni seqmentində yaratdığı səhifələrdə Rusiyanın 102-ci hərbi bazasının ölkənin maraqlarını təmin etməməsi və respublika ərazisindən çıxarılması, Rusiya telekanallarının yayımının dayandırılması tələblərinin səbəbi araşdırılır. Saytda yer alan yazıda bu qaralama kampaniyasında 2015-ci ildə erməni ailəsini güllələyən rus sərhədçisi Valeri Permyakovun adının hallandırılması, Panik kəndindəki insidentdən dərhal sonra Ermənistanın müdafiə naziri D.Tonoyanın Rusiya sərhədçilərinin statusuna yenidən baxmağa çağırması xatırladılır.
Ümumiyyətlə, Ermənistanda Rusiya ilə münasibətlərin möhkəmləndirilməsindən daha çox anti-Rusiya kampaniyası aparılması Rusiya KİV-də geniş təhlil olunur. Məsələn, “gradator.ru” saytında yer alan “Rusiyanı qovmaq üçün “Sasuna tsrer” ekstremistləri Paşinyana kömək edəcəklər” sərlövhəli yazıda qeyd olunur ki, Ermənistanın yeni rəhbərliyi bu cür ekstremist əhval-ruhiyyəli radikal qrupları siyasi meydanda gərginlik yaratmaq üçün azadlığa buraxıb. Halbuki onların mübarizə metodları yaxşı heç nə vəd etmir. Məsələn, bu ekstremistlərin liderlərindən biri Jirayr Səfilyanın tərcümeyi-halı buna sübutdur. Belə ki, Livanda doğulmuş və bu ölkənin vətəndaşlığını saxlayan J.Səfilyan Beyrutda vətəndaş müharibəsi zamanı küçə döyüşlərinin fəal iştirakçısı olub, daha sonra Dağlıq Qarabağa gəlib və batalyon komandiri kimi Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak edib.
Yeri gəlmişkən, yuxarıda qeyd edilənləri və hakimiyyətdə olduğu 100 gün müddətində N.Paşinyanın buraxdığı ciddi səhvləri sadalayan parlamentin deputatları Karen Bekaryan, Miqran Hakopyan, Arman Saqatelyan və Samvel Fərmanyanın qələmə aldığı və “aravot.am” saytında yer alan “Açıq şəkildə fəlakətə doğru” sərlövhəli yazıda Ermənistanın düşdüyü vəziyyətin acınacaqlı olduğu etiraf edilir.
Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, N.Paşinyanın apardığı siyasət Ermənistanı fəlakətə sürükləyir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29

