İrəvanda vəziyyət yenidən gərginləşdi
15.08.2018 [08:52]
Serj Sarkisyan və köhnə rejim tərəfdarlarının təxribat törədə biləcəkləri istisna edilmir
İşğalçı Ermənistanda neçə gündür davam edən məhkəmə prosesindən sonra Robert Koçaryan avqustun 13-də azad olunsa da, baş nazir Nikol Paşinyan tərəfdarları hərbi xunta rejiminin keçmiş başçısına siyasi fəaliyyətə başlamağa imkan verməyiblər.
Belə ki, ötən gün “Salam, Rob” təşəbbüsünün fəalları və üzvləri “Erebuni-Plaza”da R.Koçaryanın mətbuat konfransını əngəlləyib, Baş Prokurorluğa gedərək Apelyasiya Məhkəməsinin R.Koçaryanın həbs qərarını ləğv etməsi barədə çıxardığı qərardan kassasiya şikayəti verilməsini tələb ediblər. Hazırda sabiq prezidenti iclas zalından buraxan hakim A.Azaryanın qovulması üçün imza toplayırlar. Prokurorluğun nümayəndəsi V.Muradyan isə məhkəmənin qərarı gələn kimi şikayət edəcəklərini bildirib və eks-prezidenti azad edən hakimin vaxtilə R.Koçaryanın aparatında çalışmasının bu qərarda rolu olduğu ehtimalını səsləndirib. Digər tərəfdən, məhkəmə qərarının köhnə sistemin hələ də mövcud olduğuna dəlalət etdiyini bildirən bəzi analitiklər qeyd ediblər ki, 1-2 mart 2008-ci il hadisələrinin araşdırılması və R.Koçaryanın həbs olunması yeni hökumətin siyasətinin bir hissəsi olmalıdır. Ona görə ki, bir prioritet seçilir və müvəffəqiyyətsizlik baş verirsə, ümumi uğursuzluq hissi yaranır. Bununla belə, ekspertlər bildirirlər ki, bu vəziyyətdə R.Koçaryanın azad edilməsinə qarşı çıxan aktivistlər indi N.Paşinyandan qəti münasibət gözləyirlər. Baxmayaraq ki, Nikol özünün “Facebook”dakı çıxışında “inqilab”ın qalib gəlməsini dayandıracaq elə bir qüvvə olmadığını bəyan edib.
Ermənistanın baş naziri R.Koçaryan məsələsinə açıq və dəqiq münasibət bildirməkdən çəkinsə də, Rusiyaya yenidən mesaj göndərib: “İndi başqa situasiyadır, biz hamımız, o cümlədən rusiyalı həmkarlarımız da bu vəziyyətə adaptasiya olmalıdırlar”. Bu bəyanatın müdafiə naziri D.Tonoyanın Moskva səfəri ərəfəsində səslənməsi Ermənistanın Rusiyaya qarşı növbəti şantajı kimi dəyərləndirilir. “1in.am” saytında yer alan yazıda bildirilir ki, bu səfər ərəfəsində verilən bəyanat Moskvada yaxşı qarşılanmayıb, hətta “Nezavisimaya voennoye obozreniye” nəşrində Ermənistana kreditlə silah satılmasının görünməyən tərəflərinə aydınlıq gətirilir və yeni təkliflə çıxış edilir. Belə ki, nəşrdə belə bir həqiqət ortaya qoyulur: “Tarixi təcrübə göstərir ki, Ermənistana satılan silahların kreditləri iqtisadi səbəblərlə geri qaytarılmır”. Buna görə də bundan sonra silahları kreditsiz satışla göndərmək tövsiyə olunur. Bu isə iqtisadiyyatı iflic vəziyyətində olan Ermənistan üçün qəbuledilməz variantdır.
İndiki durumda devrilmiş baş nazir Serj Sarkisyanın işğal olunmuş Dağlıq Qarabağda olması isə yeni və maraqlı ehtimalların artmasına səbəb olub. Hazırda Ermənistanda baş verənlərin fonunda işğalçı rejimin əsas siması sayılan S.Sarkisyanın həbs olunması bir qədər inandırıcı görünməsə də, bir müddət əvvəl həm hüquq-mühafizə, həm də digər orqanların yüksəkvəzifəli şəxsləri tərəfindən verilən bəyanatlardan sonra Ermənistanı tərk edən S.Sarkisyanın qayıtmasının qeyri-mümkünlüyü barədə fikirlər orataya atılmışdı. Lakin erməni saytlarının yazdığına görə, S.Sarkisyan artıq 2 həftədir ki, İtaliyadan qayıdıb və guya anasını görmək üçün Dağlıq Qarabağa gedib. Bu səfər İrəvanda hakimiyyəti əldən verən S.Sarkisyanın Dağlıq Qarabağda əks-hücuma hazırlaşdığı barədə iddiaların səslənməsinə səbəb olub. Hətta oradan R.Koçaryanla bağlı hakimiyyətə ultimatum göndərdiyi barədə iddialar mövcuddur. “Lragir.am” saytının şərhçisi Akop Bədəlyan isə S.Sarkisyanın Dağlıq Qarabağda hakimiyyəti ələkeçirmə ehtimallarından bəhs edir.
Yeri gəlmişkən, parlamentin keçmiş üzvlərindən olan, 1 mart hadisələrində həbs olunan Akop Akopyan (Ledi Akop) sabiq baş prokuror Ağvan Hovsepyan və S.Sarkisyanın həbs olunmamasını “inqilab”a təhlükə olaraq görür. Sabiq deputat məhz bu səbəbdən S.Sarkisyanın tezliklə həbsini, təcrid edilməsini məqbul sayır: “Əks halda 27 oktyabrda, 1 martda istifadə edilən qatil briqadaları indi də istifadə oluna bilər. Çünki S.Sarkisyan və onun komandası N.Paşinyanı sıradan çıxarmaq üçün ən çirkli oyunlara belə gedə bilərlər”.
Göründüyü kimi, Ermənistanın daxilində köhnə sistemin tərəfdarlarının əks-istiqamətdə fəaliyyət göstərə biləcəyi və N.Paşinyanı sıradan çıxarmaq naminə S.Sarkisyanın rəhbərliyi ilə hər üsula əl atmağa qadir olduqlarını söyləyənlər də var. N.Paşinyanın və komandasının bəzi məsələlərdə gözləmə mövqeyi tutması, güzəştə getməsi, nəzarət edə bilmədiyi ordunun əsas qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağda və ətraf ərazilərdə olması “inqilab”ın mütləq qalibiyyətini şübhə altına alır. Bu durum isə azadlıqda qalan S.Sarkisyanın nəinki Xankəndidə hakimiyyəti ələ keçirməsi, hətta Dağlıq Qarabağdan İrəvana qoşunla geri qayıtması variantını da gündəmə gətirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

