Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını rəsmən tanıyıb
14.10.2009 [09:38]
Xatırladaq ki, “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlər yaradılması haqqında protokol”un mətnində, o cümlədən deyilir: “Ermənistan Respublikası və Türkiyə Respublikası, BMT-nin Nizamnaməsinə, Helsinki Yekun Aktına, Paris Yeni Avropa Xartiyasına müvafiq olaraq götürdükləri öhdəliklərə istinad edərək;
bərabərlik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət etmək barədə özlərinin ikitərəfli və çoxtərəfli öhdəliklərini təsdiq edərək;
iki ölkə arasında beynəlxalq hüququn müvafiq müqavilələri ilə müəyyən edilmiş ümumi sərhədin qarşılıqlı tanınmasını təsdiq edərək...”
Əlamətdar haldır ki, Sürixdə protokollar imzalanan gün Ermənistan prezidenti Serj Sərkisyan radio ilə öz millətinə bəyanatla müraciət edib. Bəyanatda deyilir: “Münasibətlər (Ermənistan-Türkiyə münasibətləri) ayrıca bir proses olan Qarabağ məsələsinin həlli ilə əsla bağlı deyildir. Ermənistan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının adının çəkilməsi məsələlərini Qarabağ məsələsi ilə əlaqədar müzakirə etmir”.
Burada bir incə məqam var ki, prezident Sərkisyan izahatxarakterli şifahi bəyanatla çıxış edir, onun administrasiyası isə yalnız və yalnız imzalanmış sənədlərə inanmağı tövsiyə edir. Tərəflərin BMT Nizamnaməsinə, Helsinki Aktına, Paris Xartiyasına, habelə, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə tərəfdar olmasını təsdiqləməsinə gəldikdə isə, imzalanmış protokollarda bu prinsiplərin qüvvəsinin Azərbaycana şamil olunmasını istisna edən və ya onların yalnız Türkiyəyə və Ermənistana şamil olunmasını nəzərdə tutan heç bir qeyd-şərt yoxdur. Belə çıxır ki, həmin sənədlər imzalandığı gündən Yerevan regionda, o cümlədən Azərbaycana münasibətdə ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına tərəfdar olmasını rəsmən etiraf edib. Protokollarda Helsinki Aktının və BMT-nin Nizamnaməsinin adının çəkilməsi isə xalqların “heç nə ilə məhdudlaşmayan” təyini-müqəddərat hüququ barədə Serj Sərkisyanın əvvəlki bəyanatını heçə endirir. Belə çıxır ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququ hər halda Helsinki Aktı ilə, daha dəqiq desək, həmin sənədin VIII maddəsi ilə məhdudlaşır... və Ermənistan, hətta gələcəkdə Madrid prinsiplərini təkzib edəcəyi halda belə, dünəndən etibarən bunu rəsmən etiraf edib. Sərkisyanın millətə şifahi müraciətinə gəldikdə isə, bu “izahatlara” onun öz administrasiyasının tövsiyəsinə uyğun olaraq yanaşmaq, yəni yalnız ən yüksək səviyyədə - dövlət səviyyəsində imzalanmış protokollarda yazılanı oxumaq və görmək lazımdır!
Bütün əvvəlki və sonrakı bəyanatlara isə sadəcə olaraq məhəl qoyulmamalıdır. Axı, bu izahatların ciddi qəbul edilməsi və tarixə daxil olması üçün onları protokolların mətninə daxil etməyə çalışmaq lazım idi. Lakin, bağışlayın, bunu etməmişlər və hətta hipotetik mənada da edə bilməzdilər. Buna görə, də indiki halda yuxarıda adları çəkilən dövlətlərarası protokolları rəsmən imzalamış ölkənin prezidentinin bütün şifahi bəyanatları onun şəxsi fikrinin ifadəsindən başqa bir şey deyildir.
AzərTAc
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32

