Paşinyan boş büdcəni doldurmaqda acizdir
03.08.2018 [09:03]
Yeni hökumətin yarıtmaz fəaliyyəti işğalçı ölkənin əhalisinə heç də yaxşı güzəran vəd etmir
İşğalçı Ermənistanda gərginlik davam edir. Brüsseldən əliboş qayıdan baş nazir Nikol Paşinyan isə işğalçı-kriminal rejimdən ona qalan iqtisadi cəhətdən zəif Ermənistanı ayağa qaldırmaq üçün heç bir konkret plan və ya proqram irəli sürə bilmir. Əksinə, iqtisadiyyatının böyük bir hissəsinin nəzarətində olduğu Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olan addımlar atır. Avqustun 17-də baş nazir seçilməsinin 100 gününü İrəvanda mitinqlə qeyd etməyə hazırlaşan N.Paşinyanın kütlənin qarşısında bu sahədə hansı uğurlardan danışacağı isə sual doğurur.
N.Paşinyanın vaxtaşırı eyham vurduğu, həbsə atdığı korrupsioner keçmiş məmurlardan qanunsuz yolla əldə etdikləri pulların və əmlakların müsadirəsi hesabına iqtisadiyyatı inkişaf etdirmək üsulu isə özlüyündə qeyri-ciddi təsir bağışlayır. Ümumiyyətlə, yeni baş naziri təkcə Ermənistanda deyil, xaricdə də ciddi qəbul etmirlər. Bu yaxınlarda N.Paşinyanın “Exo Moskvı” radiostansiyasının baş redaktoruna müsahibəsi zamanı ona verilən suallar da bunu bir daha təsdiq edib. Belə ki, müsahibə zamanı onu “niyə oğlunu Zimbabveyə səfir göndərmirsən” sualı ilə açıq şəkildə lağa qoyması, həmçinin baş redaktor A.Venediktovun qeyri-ciddi suallarına cavabları N.Paşinyanın yalnız küçədə populist çıxışlar etməyə və qışqırmağa qadir olduğunu göstərir. Rusiyadan olan prankerlərin Paşinyanın adından bir neçə dəfə Avropa qurumlarındakı yüksəkvəzifəli şəxslərə zəng etməsi də onun ciddi olmayan imici ilə bağlıdır. Onların son zarafatı isə lap yerinə düşüb. Belə ki, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerə zəng edən rusiyalı gənclər Respublika meydanında mitinq təşkil etmək və kabab çəkmək üçün Nikolun adından onu İrəvana dəvət ediblər. Avrokomissiyanın rəhbəri də bu zarafatı ciddi qarşılayıb, hətta təklifi qəbul edib.
Bu məqamda qeyd edək ki, son 3 ayda yeni hökumətin Ermənistana xarici investisiya cəlb etmək vədlərinin yerinə yetirilməsi mümkün olmayıb. Baş nazirin müavini Ararat Mirzoyan da avqustun 2-də hökumətin növbəti iclasından sonra jurnalistlərin xarici sərmayənin cəlb edilməsi yönündə sualı qarşısında acizlik göstərib. Çünki 3 ay ərzində N.Paşinyanın rəhbərliyi altında dəfələrlə kabinetin iclası keçirilsə də, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması yönündə elə bir ciddi tədbirlər görülməyib. Ən maraqlısı isə odur ki, Nazirlər kabinetinin növbəti iclasına hər dəfə 20-dən çox məsələ çıxarılsa da, onlardan bir-ikisi müzakirə olunur. Bu iclasların bir çoxunda isə sosial-iqtisadi inkişafla bağlı deyil, yerli icra hakimiyyətləri və regionların inkişafı üçün ayrılan vəsaitlərin dəfələrlə azaldılması barədə qərarlar qəbul edilir.
Digər tərəfdən, cari ilin aprel ayı ərzində davam edən etiraz aksiyaları və vətəndaş itaətsizliyi nəticəsində idarə və müəssisələrdə, o cümlədən istehsal sahələrində işlərin dayanması onsuz da zəif olan respublika iqtisadiyyatına ciddi zərər vurub. Ermənistanın bəzi rəsmi qurumlarının son statistik məlumatları da göstərir ki, yarısı N.Paşinyanın rəhbərlik etdiyi kabinetin fəaliyyət dövrünə düşən son 7 ayda iqtisadiyyatda heç bir irəliləyiş olmayıb, əhalinin sosial-iqtisadi durumu yaxşılaşmayıb, əksinə, əksəriyyəti xarici şirkətlərin nəzarətində olan istehsal müəssisələrinin fəaliyyəti zəifləyib, bəziləri bağlanıb, işğalçı ölkənin əhalisinin xaricə köçməsi prosesi əvvəlki sürətlə davam edib. Belə ki, son statistik məlumata görə, son 1 il ərzində 10 min 100 nəfər erməni xaricə köçüb.
Hazırda müzakirə olunan 2019-cu ilin dövlət büdcəsinin vəziyyəti isə göstərir ki, Ermənistan iqtisadiyyatının tənəzzülü gələn il də davam edəcək. Belə ki, Ermənistanın maliyyə naziri A.Cancuqazyan jurnalistlərə açıqlamasında deyib ki, gələn il üçün büdcə layihəsində maaş və pensiyaların artımı nəzərdə tutulmayıb. Bu, o deməkdir ki, N.Paşinyanın apardığı siyasət onun həm Rusiyadan, həm də Avropadan yardım almaq şansını heçə endirir. Bu azmış kimi, Rusiya tərəfi gələn il üçün Ermənistana qazın güzəştli qiymətə satılmayacağını açıq şəkildə bəyan edib.
Bütün bunlar sübut edir ki, heç bir zəngin təbii ehtiyata malik olmayan Ermənistanda iqtisadiyyatın tənəzzüldən xilası qonşularla normal münasibət yaratmasından bilavasitə asılıdır. Buna görə də Ermənistan ilk növbədə işğalçılıq siyasətinə son qoymalıdır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxElanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19

