Ermənistanın yeni baş nazirinin reallaşmayan vədləri...
24.07.2018 [09:21]
Ekspertlərin qənaətinə görə, Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə əvvəlki radikal mövqedən geri çəkilməsi ilk növbədə Azərbaycanın apardığı hücum diplomatiyasının məntiqi nəticəsidir
İşğalçı Ermənistanda məlum hakimiyyət dəyişikliyindən cəmi bir neçə ay ötməsinə baxmayaraq, forpost dövlətin yeni baş naziri Nikol Paşinyanın mövqeyi, necə deyərlər, yüz səksən dərəcə dəyişib. “Gül üstündə bülbül” vədləri ilə hakimiyyəti qamarlayan N.Paşinyan indi tamam fərqli ampluada çıxış edir. Getdikcə daha aydın şəkildə görünür ki, Ermənistanın yeni baş naziri mitinqlərdə verdiyi vədləri, sadəcə, yerinə yetirmək iqtidarında deyil. Yəni, ermənilər həyatlarını yaxşılaşdıracaq dəyişikliklər, iqtisadi islahatlar, yeni açılacaq iş yerləri gözləyirlər, bütün bunları edəsi baş nazir isə oğluna əsgər paltarı geydirib selfi çəkdirir, başqa bu kimi hoqqabazlıqlar edərək sadəcə baş qatır, verdiyi vədlərin üstündən sükutla keçməyə çalışır. Hər ötən gün kələfin ucu bir az daha aydın görünür. Artıq işğalçı ölkənin cəmiyyətində açıq şəkildə etiraf olunur ki, N.Paşinyan ermənilərə necə deyərlər erməni kələyi gəlib.
Elə Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son günlərdə səsləndirdiyi fikirlər də Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Belə ki, artıq N.Paşinyan detalları açıqlamasa da, Dağlıq Qarabağ məsələsinin həllində Ermənistanın güzəştlərindən danışır. Ötən həftə keçirdiyi mətbuat konfransında isə o, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib: “Danışıqlar üçün materiallar var. Biz onlarla tanış olmalı və təhlil etməliyik. Danışıqlar öz-özlüyündə faydalıdır, çünki münaqişəni həll etmək üçün müəyyən etimad mühiti yaradılmalıdır”.
Bundan əvvəl isə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycandan olan həmkarı Elmar Məmmədyarovla bir araya gəlib. Dağlıq Qarabağ probleminin müzakirə edildiyi bu görüş iyulun 11-də Brüsseldə baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, görüş əsnasında münaqişənin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi vurğulanıb.
Qeyd olunanlardan da göründüyü kimi, artıq Nikol Paşinyanın baş nazir postuna oturduğu ilk günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə səsləndirdiyi “asaram-kəsərəm” məzmunlu sərt bəyanatlardan əsər-əlamət qalmayıb. Məlumat üçün bildirək ki, N.Paşinyan cəmi bir neçə ay bundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların mövcud formatda aparılmasını heç bir vəchlə qəbul etmir, bu formatda mütləq işğal altında olan Dağlıq Qarabağdakı separatçı rejimin də yer almasını istəyirdi. O, bir qədər də qabağa gedərək özüsayağı əsaslandırmağa çalışırdı ki, danışıqların Dağlıq Qarabağdakı separatçı rejimin iştirakı olmadan aparılması yolverilməzdir.
Yaxşı deyiblər ki, zaman ən böyük hakimdir. Ancaq diletant siyasətçi N.Paşinyanın həyat dərsi alması üçün çox da uzun zaman kəsiyi gərək olmadı. İndi forpost dövlətin baş nazirinin öz ölkəsindəki və beynəlxalq miqyasdakı sərt reallıqlarla üz-üzə qaldığı hər kəsə gün kimi aydındır. Bir tərəfdən, işğalçı ölkənin iqtisadiyyatındakı acınacaqlı durum onun mitinqlərdə verdiyi vədlərə xilaf çıxmasını şərtləndirir. İndi onu nə ermənilərə verdiyi yağlı vədlər, nə də ölkənin gələcəyi düşündürür. Erməni ekspertlərinin etiraf etdikləri kimi, fəaliyyətsizliyinə görə reytinqinin kəskin şəkildə aşağı düşdüyünün fərqində olan Paşinyanı qayğılandıran yeganə məsələ açar vəzifələrə öz adamlarını yerləşdirmək və növbədənkənar seçkiləri mümkün qədər tez keçirməkdir. Ancaq burada da onun oxu daşa dəyib. Yayılan məlumatlarda da qeyd olunduğu kimi, işğalçı ölkənin xəzinəsində seçkiləri keçirməyə pul yoxdur. Xaricdən ianələr yığmaq da getdikcə çətinləşir. Avropa İttifaqından vəsait almağa bəslənilən ümidlər də Brüsseldə daşlara dəyərək çilik-çilik oldu. Burada ona açıq mətnlə bildirdilər ki, Ermənistana yaxın perspektivdə vəsait ayrılması nəzərdə tutulmayıb.
Ekspertlərin qənaətinə görə, N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə əvvəlki radikal mövqedən geri çəkilməsi və mum kimi yumşalması ilk növbədə Azərbaycanın beynəlxalq imicinin artmasının və ölkəmizin apardığı hücum diplomatiyasının məntiqi nəticəsidir. Məhz diplomatiyamızın uğuru nəticəsində beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyinə getdikcə daha qətiyyətlə dəstək nümayiş etdirir. Bu baxımdan NATO-nun Brüssel Sammitində qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi strateji əhəmiyyət daşıyır. Yəni N.Paşinyanın avantürist fikirlərinə, o cümlədən Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim edilməsini istəməsinə rəğmən, Brüssel Sammitində beynəlxalq təşkilatların mövqeyinin Azərbaycanın lehinə olduğu bir daha təsdiqləndi. NATO-nun qəbul etdiyi son Kommünikedə, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək ifadə olunub. Eyni zamanda, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi N.Patruşev də ölkəsinin mövqeyini ortaya qoyaraq bildirib ki, Rusiya tərəfi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarıdır. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi həmçinin İtaliya Prezidentinin bu günlərdə Azərbaycana baş tutan səfəri, eləcə də Azərbaycan Prezidentinin Fransaya səfəri çərçivəsində də ətraflı şəkildə müzakirə edilib. Bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduqca mühüm məqamlardır.
Bir sözlə, bütün bu sadalananlar da işğalçı ölkənin yeni baş naziri üçün acı bir reallığı ortaya qoyur. Görünən odur ki, Nikol Paşinyanın ölkə daxilində olduğu kimi, beynəlxalq təşkilatlar tərəfindən də ciddi təpkilərlə üzləşib. Brüssel Sammitində və digər beynəlxalq çevrələrdə onu açıq mətnlə başa salıblar ki, Dağlıq Qarabağla bağlı danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir. N.Paşinyanın isə ona verilən belə sərt mesajları qəbul etməkdən başqa bir çarəsi yoxdur...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30

