Yeni dünya valyutası dövriyyəyə buraxıla bilər
11.09.2009 [12:21]
Dünya iqtisadiyyatında baş verən böhran tendensiyasından can qurtarmağa çalışan dövlətlər qarşıdakı illərdə iqtisadi və maliyyə sistemində daha radikal islahatlar həyata keçirməklə gözlənilə bilən növbəti böhranlara qarşı davamlı və uzunömürlü immunitet yaratmaq istəyir. İqtisadi baxımdan super güclər hesab olunan ABŞ, Kanada, Fransa, Yaponiya, Almaniya, İtaliya, çin və digər dövlətlər maliyyə sistemində köklü islahatların aparılmasının zəruriliyini bildirir. Artıq bu təşəbbüslərin müəllifləri sırasına dünyanın nəhəng maliyyə institutları və digər təşkilatlar da daxil olmağa başlayıb. Beynəlxalq Valyuta Fondu (BVF) və Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya maliyyə sistemində radikal islahatların aparılmasını təklif edir. Xüsusilə də, BMT-nin təklifi daha çox maraq doğurur. Təşkilat dünyanın aparıcı valyutası sayılan ABŞ dollarının yeni qlobal valyuta ilə əvəz olunması ideyasını irəli sürüb.
ABŞ-ın iqtisadi hegemonluğunun sonu...
Birləşmiş Millətlər Təşkilatının ekspertləri hesab edirlər ki, maliyyə və iqtisadi böhranların əsas səbəbi dünya iqtisadiyyatını əlaqələndirən valyuta və kapitalla bağlı olan qaydalar sisteminin effektli olmamasıdır. Bu təkliflərin müəlliflərindən olan iqtisadçı Detlef Kottenin fikrincə, dollar dünya valyutası kimi likvidliyini itirməkdədir. Buna görə də, qlobal ehtiyat valyutası statusunu nəzərdə tutan mövcud maliyyə sisteminə tam şəkildə yenidən baxılmalıdır. Yəni dünya iqtisadiyyatına və maliyyə sisteminə yeni nəfəs vetmək üçün yeni dünya valyutasının tədavülünə başlanması zərurəti meydana çıxıb. Bu təşəbbüsün müəlliflərinin qənaətinə görə, yeni valyuta beynəlxalq mübadilə məzənnələrini tənzimləməklə qlobal maliyyə sisteminin dayanıqlığını təmin edə bilər. İqtisadçı əmindir ki, dolların yeni valyuta ilə əvəzlənməsi bir sıra problemi aradan qaldırmağa və ümumilikdə, sabitliyin bərqərar olmasına şərait yaradacaq.
Əslində, dünya maliyyə sistemində ABŞ-ın rolunun azalması ilə bağlı fikirlər yenilik deyil və son iki ildə keçirilən beynəlxalq iqtisadi forumlarda və zirvə görüşlərində dəfələrlə valyuta sferasında təxirəsalınmaz islahatların aparılması ilə əlaqədar təkliflər irəli sürülüb. İstər Davos Forumunda, istər “G-8” və “G-20”lərin sammitlərində, istərsə də digər iqtisadi toplantılarda böhrana qarşı irəli sürülən ssenarilərdə yeni maliyyə-valyuta sistemlərinin yaradılması əsas detallardan biri olub. Həmin tədbirlərdə ABŞ-ın maliyyə hegemonluğunun sonunun çatması açıq-aşkar bəyan olunub və ABŞ-ın dünya iqtisadiyyatına töhfələr verə bilmədiyi səsləndirilib.
Dünyanın aparıcı analitik mərkəzlərinin mütəxəssisləri etiraf edirlər ki, dünya maliyyə böhranı qarşısında ən aciz duruma düşmüş ölkə ABŞ-dır və bu dövlətin valyuta aləti olan dollar dünya iqtisadiyyatının sağalmasına kömək edə bilmir. Hətta Amerikanın ən nəhəng maliyyə təsisatı olan Federal Rezerv Sisteminin (FRS) də nüfuzu aşağı düşüb və bu qurum bir çox əməliyyatların öhdəsindən gələ bilmir. Yeri gəlmişkən, məşhur hipermilyarder Corc Soros da FRS-i tənqid edərək ABŞ iqtisadiyyatında böhranın yaranmasında Federal Ehtiyatlar Sistemini günahlandırıb. Onun fikrincə, FRS-in keçmiş başçısı Alan Qrinspen tarifləri uzun müddət aşağı səviyyədə saxlamaqla və mənzil bazarından gələn təhdidlərə diqqət yetirməməklə ölkənin iqtisadi-maliyyə gücünü zəiflədib. Nəticədə ABŞ valyutasına olan inam da azalıb, bir çox ölkələr xammal və yanacaq satışında dollardan imtinaya hazırlaşır.
2010-cu ildə dollardan imtina prosesi başlayacaq...
Xatırladaq ki, dolların kəskin şəkildə ucuzlaşması ötən ildən başlayaraq bir çox dövlətlərin alqı-satqı əməliyyatlarında digər dönərli valyutalara üstünlük verməsi ilə nəticələnib. Dünya neft bazarının ən böyük ixracatçılarından olan 5 ölkə - Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Qatar və BƏƏ 2008-ci ilin noyabr ayında xarici ticarət əməliyyatlarında dollardan imtina etdiklərini bəyan ediblər. ümumiyyətlə, həmin dövlətlərlə yanaşı, digər OPEK ölkələri də əməliyyatların dollardan avroya keçirilməsi ilə bağlı qərarı müdafiə ediblər.
Onlar özlərinin vahid valyutasını və iqtisadi birliyini yaratmaq niyyətlərini açıqlayıblar. Bundan bir müddət sonra Latın Amerikasının iki inkişaf etmiş dövləti - Braziliya və Argentina da analoji addım atıb. Eləcə də, İran neftinin ixracı da daxil olmaqla bütün xarici ticarət hesablamalarının dollara deyil, avroya olan məzənnəsinə uyğun həyata keçirəcəyini bəyan edib. Neftin dollarla deyil, başqa valyutalara satılmasını Venesuela və Rusiya da dəstəkləyib. Hətta rəsmi Moskva digər strateji məhsulların da başqa valyutaya satılması ilə bağlı təklif irəli sürüb. çin kimi iqtisadi cəhətdən Asiya nəhəngi hesab olunan dövlətin də dollardan imtina etməsi və xarici ticarətdə regional valyutalardan istifadənin artırılmasına çalışması dollara qarşı inamsızlıq sindromunu gücləndirib. Qeyd edək ki, dollardan imtina edən dövlətlər bu qərarı 2010-cı ildən tətbiq etmək niyyətindədir. Yeri gəlmişkən, Azərbaycan enerji resurslarının satışında dollardan imtina etməsə də, digər valyutaların - avro və funt-sterlinqin payını artırıb.
Təbii ki, dollardan imtina ABŞ-ın dünya iqtisadiyyatında rolunun azalmasına və qlobal maliyyə bazarlarında güc mərkəzi kimi nüfuzunun aşağı düşməsinə səbəb olacaq. Dollar dünya maliyyə bazarında liderliyini itirəcək. Xatırladaq ki, dollar vaxtilə dünya iqtisadiyyatında maliyyə sövdələşmələrində 70 faizdən yuxarı paya malik olub. Dollara olan etibarın azalması isə yeni dünya pulunun dövriyyəyə buraxılması zərurətini ortaya çıxarıb.
Avro da ümidləri doğrultmadı...
Yeni dünya valyutasının tədavülə buraxılması maliyyə sistemindəki problemləri həll edəcəkmi? ümumiyyətlə, yeni pul dünya iqtisadiyyatında canlanma, iqtisadi inteqrasiyanın dərinləşməsi və vahid iqtisadi məkan üçün stimul rolunu oynaya biləcəkmi?! Bununla bağlı, proqnozlar vermək çox çətin olsa da, ötən dövrdə dünya iqtisadiyyatında baş verən proseslər yeni dünya valyutasının perspektivləri barədə nikbinliyi azaltmış olur. Dünya valyuta bazarındakı təcrübə də nikbinliyə ciddi əsaslar vermir. çünki dünya iqtisadiyyatının “onurğa sütunu” olan Qərbi Avropa dövlətlərinin vahid pulu tədavülə çıxarılsa da, istənilən effekti verməyib. Söhbət avrodan gedir. 2002-ci il yanvarın 1-dən tədavülə buraxılan 16 Avropa ölkəsinin (Almaniya, Avstriya, Belçika, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Portuqaliya, Sloveniya, Slovakiya, Yunanıstan) rəsmi pul vahidi olan avronun ötən 7 il ərzində dünya iqtisadiyyatında aparıcı maliyyə aləti kimi möhkəmlənməsi də baş verməyib.
Dünya iqtisadiyyatında 50 faizlik paya malik Avropa ölkələrinin pul vahidi olan avrobondların emissiyası istənilən effekti vermədi. Bu əskinaslar Avropanın vahid pul aləti kimi buraxılsa da, Avropa iqtisadiyyatının ümumi tədiyyə balansına və maliyyə sisteminin baza seqmentinə çevrilə bilmədi. Avro Avropa dövlətlərinin vahid iqtisadi-maliyyə gücünün simvolu olmadı. çünki avrozonadakı dövlətlərin bir çox iqtisadi məsələlərdə yekdil olmaması, daha çox özlərinin milli pul vahidlərinin dəyərinin qorunmasına səbəb olan monetar siyasət yürütməsi, üstəlik Böyük Britaniya kimi Avropa nəhənginin bu proseslərə qatılmaması ümumilikdə Avropa pulunun iqtisadi dayaqlarının möhkəm olmaması anlamını ehtiva etmiş olur.
Supergüclərin mübarizəsi yeni dünya valyutasının taleyini sual altına alır...
Dünyanın nüfuzlu analitiklərinin təhlilləri yeni valyutanın emissiyasının istənilən xilasedici rol oynaya biləcəyinə və dünya valyuta sistmində hökmranlıq edəcəyinə olan ümidləri azaldır. İqtisadi güclərin maraqları buna imkan vermir. Dünyanın nüfuzlu iqtisadçılarından olan Stiven Rouç isə dünya iqtisadiyyatında inhisarçılığın və spekulyasiyaların davam etdiyi halda maliyyə sisteminin dayanıqlığına və valyuta islahatlarına inanmır. Onun fikrincə, bu gün dünya ticarəti açıq-aşkar iki nəhəng qütbün - qlobafillərin və qlobafobların mövqeləri əsasında idarə olunur. Qlobafillər hesab edirlər ki, artıq ticarətin sayəsində qloballaşma yoxsulların maraqlarına xidmət edir. Onlar gələcəkdə də bu istiqamətin davam etdirilməsini tövsiyə edirlər. Qlobafoblar isə bu mövqe ilə razılaşmırlar. Onlar hesab edirlər ki, ticarət mahiyyət etibarı ilə yoxsullara ziyan vurur və ticarətdə iştirak yoxsulluğu və bərabərsizliyi artırır. Qlobafoblar, eyni zamanda, “Nə qədər az ticarət olarsa, bir o qədər yaxşıdır” tezisini irəli sürürlər.
Stiven Rouçun fikrincə, dünyanın iqtisadi gücləri olan dövlətlər arasında yekdilliyin olmaması vahid strategiyanın həyata keçirilməsini şübhə altına alır. Amerika qitəsində ABŞ, Kanada, Argentina və Braziliya, Avropada isə Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, İsveçrə və Yunanıstan arasında iqtisadiyyatın idarə olunması ilə bağlı fərqli yanaşmalar dərinləşib. İqtisadçı supergüclərin iqtisadi sərvətlər, neft, qaz, zəngin ehtiyatlar, silah bazarı uğrunda çarpışmasına, başqa dövlətlərin ərazisinə daxil olmasına işarə edərək onların sabitlik və təhlükəsizlik, nüvə silahına qarşı mübarizə proqramları adı altında başladıqları oyunun acı fəsadlarını da xatırladıb. Onun fikrincə, iqtisadi böhran, qlobal iqlim dəyişiklikləri, fırtınalar, təbii fəlakətlər, kəskin hava tsiklinin baş verməsi, istiləşmə birbaşa dünyanın supergüclərinin doymayan siyasi və iqtisadi ehtirasları nəticəsində baş verir. Asiya, Afrika, Yaxın Şərq, Baltikyanı, Fars körfəzi, Qafqaz və digər regionlarda torpaq, sərvət və kommunikasiya qovşaqları uğrunda savaşlar da həmin məqsədlər üçündür. Bütün bu tendensiylar isə onu göstərir ki, dünya iqtisadiyyatının inkişafı üçün ölkələrin vahid birliyi mümkün deyil.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
