Ermənilər yeni ərazi iddiasındadırlar
29.07.2009 [10:44]
“Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq kimi mənasız xülyalara qapılmış ermənilər yeni ərazi iddiasındadırlar. Türkiyəyə qarşı daim ərazi tələbi irəli sürən, Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərin budəfəki hədəfi Gürcüstanın Cavaxetiya bölgəsidir. Onlar artıq bunu gizlətməyərək, Cavaxetiya regionunun tarixən ermənilərə məxsus olduğunu açıq şəkildə iddia edirlər. Parisdə nəşr olunan “Ermənistan xəbərləri” qəzetinin 25 iyul tarixli nömrəsində yer almış “Biz Cavaxetiliyik” yazısı bunu əyani şəkildə sübut edir.
Məqalə aşağıdakı cümlə ilə başlayır: “Cavaxetiya Qarabağ kimi ermənilərin tarixi vətəni olub, sonralar bu ərazi Gürcüstana verilib”. Burada iki məqam qeyd edilməlidir. Birincisi, ermənilər bilərəkdən Dağlıq Qarabağ deyil, Qarabağ terminini işlədiblər. Kimsə elə düşünməsin ki, məqalədə Dağlıq Qarabağ əvəzinə Qarabağ getməsi mətbəənin xətasıdır. Tarixi saxtalaşdırmaqda ad çıxamış ermənilər düşünülmüş şəkildə Qarabağ sözünü işlədiblər. Bununla onlar Cənubi Qafqaz bölgəsinin tarixi və xəritəsi barədə demək olar ki, heç bir məlumatı olmayan dünya ictimaiyyətini çaşdırmağa cəhd edib, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağa iddialarını indi daha böyük ərazini əhatə edən Qarabağla əvəz etməklə, öz çirkin niyyətlərini bir daha büruzə veriblər. çoxlarına məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi Qarabağda yerləşir. Qarabağ bölgəsində Dağlıq Qarabağdan əlavə ona bitişik onlarla Azərbaycan rayonu vardır.
İkinci məqam, ermənilərin Cavaxetiyaya qarşı iddiaları Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə bağlı səsləndirdikləri sərsəm fikirlərlə eyni ssenari təşkil etməsidir. Qonşu dövlətlərin torpaqları hesabına öz ərazilərini genişləndirmək kimi çirkin xülyalara qapılan ermənilər Dağlıq Qarabağın da tarixən onların ərazisi olması və sovet hakimiyyətinin ilk illərində onun guya zorla Ermənistandan qoparılaraq Azərbaycana birləşdirilməsi kimi sərsəm fikirlər səsləndiriblər və hətta bu gün də bu iddiadan əl çəkmirlər. Göründüyü kimi, Dağlıq Qarabağın və Cavaxetiyanın tarixi erməni torpağı olması barədə eyni ssenaridən çıxış edən ermənilər Azərbaycan kimi Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış edirlər. Ermənilərin bu iddialarının qarşısı vaxtında alınmasa, Gürcüstanda ikinci Dağlıq Qarabağ hadisəsinin baş verməsi qaçılmaz olacaq.
Dağlıq Qarabağ kimi Cavaxetiya bölgəsində də ermənilərin yığcam şəkildə yaşamasına işarə edilən məqalədə deyilir: “Bu gün əyalətin əhalisinin 90 faizi ermənilərdən ibarətdir. Vaxtilə ermənilərin tarixi ərazisi olmuş əyalət cənub-şərqdə 45 kilometr Ermənistanla, cənub-qərbdə 90 kilometr Türkiyə ilə həmsərhəddir. Cavaxetiya Gürcüstanda yeganə erməni əyalətidir ki, 1829-cu il sentyabrın 2-də Anadoluda Osmanlı İmperiyası ilə çar Rusiyası arasında bağlanmış sülh sazişinə əsasən Rusiyaya birləşdirilib. Əyalətin əhalisi əsasən osmanlıların zülmündən-Qarsdan, Ərzurumdan və Bəyaziddən qaçmış ermənilərdən ibarətdir. Hazırda Cavaxetiyada 200 min erməni yaşayır. Onların əksəriyyəti qərbi ermənistanlıdır”.
Göründüyü kimi, ermənilər Türkiyənin Van gölü ətrafındakı torpaqlarının vaxtilə qərbi Ermənistanın əraziləri olmasına dair sərsəm iddialarını gizlətmirlər. Bütün dünyaya türklərin ermənilərə qarşı uydurma “soyqırımı” təşkil etmələri, Türkiyəyə qarşı ərazi iddiasında olmaları barədə səs salan ermənilərin Türkiyə ilə sərhədlərin açılmasına hər vəchlə çalışmaları bu xalqın məntiqsizliyindən, xəstə düşüncə tərzinə malik olmasından xəbər vermirmi?
Məqalədə bildirilir ki, əyalət əsas üç rayon mərkəzindən - Axaltsixedən, Axalkalakidən və Ninotsmindadan ibarətdir. Gürcüstan rəsmiləri bölgədə separatçı meyillərin güclənməsini bəhanə gətirərək, bu rayonlarda mexseti türklərini yerləşdirib və beləliklə, etnik qruplar arasında qarşıdurma üçün zəmin yaradıb. Bu fikirdə yenə növbəti erməni riyakarlığı və fitnəkarlığı özünü göstərir. Məqalədə nədənsə mexseti türklərinin vaxtilə Gürcüstanda yaşadıqları, Stalin tərəfindən deportasiyaya məruz qalaraq öz doğma ata-baba yurdlarından zorla çıxarılaraq, sürgün edilmələri barədə bir kəlmə belə deyilmir. Digər tərəfdən isə, öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaran ermənilərdən soruşan yoxdur ki, etnik təmizləmə siyasəti aparmış Ermənistanda bu gün nə üçün bir nəfər də olsun azlıq təşkil edən millətin nümayəndəsi qalmayıb?
Ermənilərin ərazi iddialarında olmalarını “əsaslandıran” məqalədə qeyd olunur ki, əgər belə davam etsə, tezliklə Cavaxetiya da vaxtilə ermənilərin olmuş Naxçıvan kimi Ermənistan xəritəsindən silinəcək. Bu sərsəm iddiada da ermənilərin tarixi saxtakarlıqları özünü bir daha göstərir. Bu yaxınlarda 5 min illiyini qeyd etməyə hazırlaşan və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana dair ermənilərin iddiaları ilk dəfə deyil ki, səslənir. Tarixdən xəbərdar olmayan ermənilərin dəfələrlə xarici mətbuat səhifələrindən, Avropa Şurasının və digər beynəlxalq təşkilatların tribunalarından Naxçıvanın Ermənistan ərazisi olması barədə səsləndirdikləri sərsəm fikirlər alimlərimiz, deputatlarımız tərəfindən zəngin tarixi faktlarla qətiyyətlə təkzib edilib.
Məsələnin düşündürən tərəfi ermənilərin bəri başdan Cavaxetiyanı “özünküləşdirməsi”dir. Görəsən, Cavaxetiya nə vaxt ermənilərin olub ki, onlar bu ərazi “tezliklə Ermənistan xəritəsindən silinəcəkdir” deyə belə səs-küy qaldırıblar?
Məqalədən Ermənistandakı erməniləri qızışdıran, onları yerindən oynadaraq yeni ərazilər iddiasına salan və nəhayət, onlara zəhər verən ilanın kimliyi açıq şəkildə göstərilir. Bu, xaricdə fəaliyyət göstərən güclü erməni lobbisidir: “Diaspora Arsax kimi Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin də müdafiəsinə qalxmaqla öz rolunu oynamalıdır”.
Buradan aydın olur ki, Dağlıq Qarabağ hadisələrinin baş verməsində xarici ölkələrdəki erməni diasporu əsas rol oynayıb. 1988-ci ilin əvvəllərində Fransadakı erməni lobbisi Azərbaycanda erməni separatçıları tərəfindən törədilən məlum hadisələrdə bilavasitə iştirak etməsə də, onun təşkilatçılarını maliyyələşdirmək və mənəvi dəstək verməklə, münaqişənin daha da gərginləşməsinə çalışıb. Bir budaqda oturub min budağı silkələyən erməni diasporu bununla öz əməlləri ilə sadə erməniləri yerindən oynadıb və onları mərhumiyyətlərə düçar edib.
Məqalənin sonunda yeni bir ilan yuvasının - 2009-cu ildə yaradılmış və Fransanın Alforvil şəhərinin Madrid küçəsində lövbər salmış Fransa-Cavaxhi Assosiasiyasının məhz Cavaxetiya bölgəsindəki erməniləri müdafiə etmək adı altında onu Gürcüstandan ayırıb Ermənistana birləşdirmək kimi məkrli bir ideyanı həyata keçirməyə dair çağırışlar səsləndirməsi qonşuya xəyanətdən başqa bir şey deyildir.
Türkiyəyə, Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları xülyasına düşmüş, başları xam xəyallarla dumanlanan ermənilərin nə vaxtsa burunları möhkəm ovulacaq və tarixi saxtalaşdırdıqlarına görə layiqli cavablarını alacaqlar.
AzərTAc
Xəbər lenti
Hamısına baxİdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

