Ermənistan seçkilərə siyasi etirazlar və qeyri-sabitlik şəraitində gedir
30.03.2017 [09:40]
İşğalçı ölkə daxilində hökm sürən vəziyyət - xaos, qarşıdurma və siyasi qüvvələrə qarşı repressiyaların kəskinləşməsi Sarkisyan rejiminin terrorçu mahiyyətini əks etdirir
Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca bu ölkə daxilində ictimai-siyasi gərginlik artmaqdadır. Seçkilərin təbliğat-təşviqat mərhələsi daha çox siyasi narazılıq və ziddiyyətlərdən qaynaqlanan qarşıdurma və aksiyalarla müşayiət olunub. “Armenia Today” saytı yazır ki, hakimiyyət parlament seçkiləri ərəfəsində manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Sarkisyan hakimiyyəti repressiya siyasətini daha da kəskinləşdirərək müxalifətə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqlər göstərir.
Erməni ekspertlər həyəcan təbili çalırlar
Erməni ekspertlər parlament seçkiləri ərəfəsində müşahidə edilən etiraz aksiyalarının və siyasi qarşıdurmaların ölkənin gələcəyinə ciddi təhlükələr yaradacağına dair həyəcan təbili çalırlar. Hazırkı hakimiyyətlə ciddi qarşıdurma halında olan bütün siyasi qüvvələr Sarkisyan rejiminin qəbul etdiyi qərarların ağır nəticələrə səbəb olacağını bəyan edirlər. Seçki ərəfəsində “Xalq partiyası” blokunun İrəvanda keçirilən mitinqi zamanı diqqətə çatdırılıb ki, ölkədə siyasi vəziyyətin gərginləşməsi arzuolunmaz proseslərə rəvac verəcək. Sarkisyan rejiminin seçki ərəfəsində istinad etdiyi vasitələrin ciddi narazılıq və ziddiyyətlərə səbəb olduğu vurğulanıb. Aksiya zamanı bildirilib ki, ölkənin ali təhsil müəssisələri də kütləvi şəkildə hakimiyyətin saxtakarlıq planlarına cəlb olunub. Hakim partiya qalib gəlmək üçün administrativ rıçaqlardan istifadə edir. Bu isə birbaşa qanun pozuntusudur. Mitinqdən sonra aksiyaçılar şəhər küçələrinə yürüş ediblər. Onlar məktəb direktorları və ali məktəblərin rektorlarının fotoları ilə İrəvan küçələrini gəziblər. Aksiyaçılar vətəndaşları seçki saxtakarlığı ilə məşğul olanları tanımağa çağırıblar.
Proqnozlar pessimistdir: siyasi qaşıdurmalar daha da güclənəck
Onu da qeyd edək ki, ekspertlər parlament seçkiləri ərəfəsində siyasi narazılıqların, qarşıdurmaların daha da artacağını proqnozlaşdırırlar. Politoloq Vigen Akopyanın sözlərinə görə, seçkilər siyasi qüvvələrin qarşıdurması ilə müşayiət olunur, tərəflərin iç üzü getdikcə daha aydın şəkildə ortaya çıxır. Təbliğat kampaniyasının sonunda siyasi qüvvələr rüşvətlə uğur qazanmağa, səslərin satın alınmasına çalışacaq. Bu da Ermənistanda yeni qarşıdurmalar yaradacaq. Ermənistan KİV-i isə ölkə daxilində hökm sürən vəziyyətin - qeyri-sabitliyin, siyasi qüvvələrə qarşı repressiyaların kəskinləşməsinin Sarkisyan rejiminin terrorçu mahiyyətini əks etdirdiyini diqqətə çatdırır.
Sarkisyan erməni lobbisindən də dəstək ala bilmir...
Ekspertlər onu da diqqətə çatdırırlar ki, manevr imkanları tükənən və ciddi siyasi kataklizmlərlə qarşı-qarşıya qalan Sarkisyan rejimi həm də ciddi təlaş içindədir. Parlament seçkilərində ciddi uğursuzluğa düçar olacağını düşünən hərbi xunta rejimi yeni siyasi manipulyasiyalarla xilas yolu axtarmağa başlayıb. Ermənistan KİV-i bunu Sarkisyanın yeni dəstək axtarışına çıxması və ya siyasi dilənçiliyi kimi səciyyələndirirlər. Bu istiqamətdə Sarkisyan erməni diasporundan, lobbi qruplarından dəstək almağa çalışsa da, buna nail ola bilmir. Reallıq isə erməni lobbisinin mövcud rejimdən üz döndərməsidir. Belə ki, silsilə uğursuzluqlar erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasındakı ziddiyyətləri daha da artırıb. Ermənistan hakimiyyətinin xaricdəki başlıca dayaq nöqtəsi olan erməni lobbisi hazırkı hakimiyyəti ciddi tənqid obyektinə çevirib. Erməni lobbisi, demək olar ki, davamlı olaraq Serj Sarkisyan hakimiyyətinin əleyhinə tənqidi materiallar yayır, üstəlik, erməni lobbisinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da Ermənistan hakimiyyətini tənəzzül mənbəyi adlandırırlar. Başlıca reallıq budur ki, erməni diasporu mövcud Ermənistan hakimiyyətinə qarşı açıq-aşkar siyasi və iqtisadi təzyiqlər etməyə başlayıb. Bu isə Sarkisyanın erməni lobbisindən və diaspor təşkilatlarından dəstək almaq planlarını puç edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxTurizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21

