Riçard Morninqstar: NABUCCO kəməri üçün ilkin qaz Azərbaycandan gələcək
25.06.2009 [09:56]
- Azərbaycan, Türkmənistan və Türkiyəyə səfərinizdən sonra “Cənub” enerji dəhlizinin reallaşması yolunda hansı maneələr qalıb?
- İlk olaraq layihəyə daxil olan bəzi ölkələr fərqli razılaşmalar üzərində razılığa gəlməlidir. NABUCCO layihəsi çərçivəsində Türkiyə Avropa Birliyi ilə hökumətlərarası müqavilə üzərində işləyir. Hesab edirik ki, bu məsələdə irəliləyiş əldə olunub. Türkiyə və Azərbaycan öz növbəsində qazın qiyməti və Türkiyə ərazisindən nəqli ilə bağlı razılığa gəlməlidir. “Cənub” enerji dəhlizinin Türkiyədən keçəcəyi təqdirdə bu, mütləq şərtdir. Hesab edirəm ki, son həftələr ərzində bu sahədə irəliləyiş əldə olunub. Demək olmaz ki, razılaşma hazırdır, lakin irəliləyişə nail olunub və ümid edirik ki, çox da uzaq olmayan gələcəkdə qəti razılıq əldə ediləcək.
Türkmənistan çox maraqlı ölkədir və orada böyük imkanlar var. Türkmənistanın xarici işlər naziri Meredov hazırda Vaşinqtondadır. Türkmənistan Qərb şirkətləri ilə sahilyanı ərazilərdə qaz hasilatını artırmaq istəyir ki, bundan həm hökumət, həm də şirkətlər faydalansınlar. Türkmənistandan Xəzərin digər sahilinə qaz nəqlinə imkan var. Azərbaycan və Türkmənistan prezidentləri arasında münasibətlər də pozitivdir. Biz inanırıq ki, Türkiyə ilə Avropa Birliyi arasında hökumətlərarası razılaşma, Azərbaycanla Türkiyə arasında əldə olunacaq razılaşma, eləcə də Türkmənistanda hasil olunan qaz və ola bilsin ki, İraqın şimalından Türkiyə vasitəsilə nəql olunacaq qaz yeni imkanlar açır.
- Türkiyə ilə Azərbaycan arasındakı razılaşma dedikdə nəyi nəzərdə tutursunuz?
- Mən qapalı danışıqların detallarını açıqlamaq niyyətində deyiləm. İki həftə əvvəl Azərbaycana səfər etdim və Prezident İlham Əliyevlə görüşdüm. Son 11 həftə ərzində Azərbaycan Prezidenti ilə iki dəfə şəxsən görüşmüşəm, telefonla söhbət etmişəm. Türkiyədə enerji naziri və prezident Güllə görüşüm oldu. Bu görüşlərdən bilirəm ki, tərəflərin mövqeyi yaxınlaşır. Hələ son nöqtə qoyulmayıb. Bu, o demək deyil ki, sabah razılaşma olacaq. Lakin ümid edirik ki, bu hadisə tez bir zamanda baş verəcək. Bu, hər iki ölkənin marağındadır.
- “Statoil” şirkətinin Azərbaycan hökumətinə məktubla müraciət edərək NABUCCO vasitəsilə azı 8 milyard kubmetr Azərbaycan qazının Avropaya nəql edilməsini istədiyi xəbəri doğrudurmu?
- Mən məktub haqqında bir şey deyə bilmərəm, amma qaldırdığınız məsələ doğrudan da vacibdir. NABUCCO və ya İtaliya-Türkiyə-Yunanıstan kəməri haqqında söhbət açarkən Azərbaycan qazının orada olması mütləq şərtdir. Belə vəziyyətdə sual yaranır ki, “Şahdəniz 2”dən nə qədər qaz çıxarılacaq? Biz bunu dəqiq bilmirik. Bəzi hesablamalara görə, 15-16 milyard kubmetrə qədər qaz olacaq. Qaldırdığınız məsələdə əsas məqam Türkiyənin nə qədər qaz alacağı və Avropaya nə qədər qazın nəql ediləcəyidir. Bəzi şirkətlər hesab edir ki, NABUCCO-nu işə salmaq üçün azı 8 milyard kubmetr qaz olmalıdır. Bizim ehtimalımız budur ki, bu rəqəm təmin edildiyi an və NABUCCO işə düşdükdən sonra türkmən qazı boruya daxil olacaq. Sonra İraqın şimalından qaz gələcək. Azərbaycanda olan böyük potensialı unutmaq lazım deyil. Azərbaycan hökuməti düşünür ki, “Şahdəniz” və digər yataqlarda daha çox qaz ola bilər. Layihə üçün ilkin qaz Azərbaycandan gələcək, daha sonra isə digər mənbələr işə salınacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

