Sarkisyanı gözləyən “qara cümə”
16.08.2016 [15:09]
İşğalçı ölkədə müxalifət qarşıdakı mitinqə ciddi hazırlaşır
Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçurumun kandarına sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi gündən-günə ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Hakimiyyəti zəbt etmiş kriminal rejimin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə daxili gərginlik artmaqdadır. Yerli ekspertlərin qənaətinə görə, iyulun 17-də müxalifətyönlü “Sasunun igidləri” (“Sasna Tsrer”) qruplaşması üzvlərinin Yerevanda polis məntəqəsinə silahlı basqını da məhz “aşağıların mövcud rejimə qarşı itaətsizliyi” idi.
Doğrudur, müxalifətyönlü “Sasunun igidləri” (“Sasna Tsrer”) qruplaşmasının iki həftə davam edən hakimiyyətə qarşı silahlı etiraz aksiyası iyulun 31-də elə silah gücünə də yatırıldı. Hakimiyyət qüvvələrinə təslim olan üsyançılar mübarizəni siyasi yolla davam etdirəcəklərini, onların Ermənistanda başlatdığı bu “qığılcımdan tezliklə alov doğacağını” vəd etdilər. Elə son günlər Ermənistanda cərəyan edən hadisələr də bunu bir daha sübut etmiş oldu.
“News.am” saytının yazdığına görə, ötən bazar günü Yerevandakı “Azadlıq” meydanında “Sasna Tsrer” silahlı birləşməsinə dəstək aksiya-konsert təşkil olunub. Konsertdə məşhur ifaçılar öz bəstələrini səsləndiriblər. Aksiyada çıxış edən “Təsis parlamenti” hərəkatının üzvü Alek Yeniqomşyan qeyd edib ki, onların hakimiyyətdən tələbləri dəyişməz olaraq qalır. Bunlar Serj Sarkisyan və onun kriminal rejiminin istefası, eləcə də xalqın etibar etdiyi hökumətin formalaşdırılmasıdır.
Natiq həmçinin qeyd edib ki, iyulun 31-də hərbi cinayətkarlar adı ilə həbs edilən “Sasna Tsrer” silahlı birləşməsinin üzvləri həbsxanada olsalar da, öz siyasi fəaliyyətlərini davam etdirirlər. O, tədbir iştirakçılarını daha mübariz olmağa səsləyib.
“Təsis parlamenti” hərəkatının digər üzvü, mitinqin aparıcısı Areq Nazaryan isə qeyd edib ki, tələbləri yerinə yetirilməsə hər bazar günü “Azadlıq” meydanında hakimiyyətə qarşı etiraz aksiyasını konsert proqramları ilə davam etdirəcəklər. “Bu konsertlər öz yerində, amma bu cümə günü, avqustun 19-da isə burada möhtəşəm mitinqimiz olacaq. Hamınızı bu mitinqə səsləyirəm”, - deyə müxalifət təmsilçisi vurğulayıb.
Yerli ekspertlər belə hesab edirlər ki, Serj Sarkisyanın son günlərdə sərgilədiyi arxayınçılıq - avqustun 10-da Moskvada həmkarı Vladimir Putinlə görüşdən sonra, elə Rusiya paytaxtından Yay Olimpiya Oyunlarına tamaşa etmək üçün Braziliyaya yollanması həm ictimaiyyət arasında, həm də müxalifət düşərgəsində hakimiyyətə qarşı ikrah hissi doğurub.
Hazırda isə ekspertlər bir sıra suallara cavab axtarırlar. Məsələn görəsən, iqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda sadə vətəndaşlar, Serj Sarkisyan, eləcə də onun kriminal rejiminin xalqı daha neçə illər boyu belə bir vəziyyətdə yaşamağa məcbur etməsinə dözə biləcək? Bəs ölkə müxalifəti necə, Serj Sarkisyanın ötən on il boyunca öz xalqına tutduğu divanı ona belə asanlıqla bağışlayacaqlarmı? Bunu zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

