Ermənistanın xarici borcları 4 milyard dolları ötüb
29.09.2015 [10:07]
Serj Sarkisyan diaspordan sədəqə dilənmək üçün yenidən okeanın o tayına üz tutdu
Hazırda işğalçı Ermənistanda bütün sahələrdə geriləmənin baş verdiyi kimsəyə sirr deyil. Bu geriləmə Ermənistanın xarici borclarının kritik həddə çatmasında da özünü göstərir. Belə ki, sentyabrın 1-nə olan məlumata görə, Ermənistanın beynəlxalq maliyyə təşkilatları və kreditorlar qarşısındakı borc öhdəlikləri ilin əvvəlindən daha 283 milyon dollar artaraq, 4 milyard 68 milyon dollar təşkil edir. Bu haqda yerli “Ayoç Aşxar” qəzeti məlumat yayıb. Mənbənin iddiasına görə, bu rəqəm hələ Ermənistanın bütün xarici borclarını tam şəkildə əks etdirmir. Belə ki, cari ildə Ermənistan bir sıra kredit müqavilələri imzalayıb.
“Cari ildə Ermənistan Rusiyadan hərbi texnika və silah-sursat alınmasına dair 200 milyon dollarlıq müqavilə imzalayıb. Bu kreditin icrasına hələ başlanılmasa da, nəticə etibarı ilə bunu nə vaxtsa biz ödəyəcəyik. Bundan əlavə, Ermənistan AES-in modernləşdirilməsinə dair 270 milyon dollarlıq yeni bir kredit sazişi də imzalayıb”, - deyə “Ayoç Aşxar” qəzeti yazır.
Digər tərəfdən, yerli “www.lragir.am” portalı xəbər verir ki, Ermənistanın da daxil olduğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin hamısı 2015-ci ili mənfi iqtisadi göstəricilərlə başa vuracaq. Qurumun İqtisadi Komissiyasının hesabatlarına istinad edən saytın məlumatına görə, iqtisadi geriləmə Ermənistan üçün təqribən 1 faiz təşkil edəcək.
Yeri gəlmişkən, Ermənistanın cari ili iqtisadi geriləmə ilə başa vuracağı haqda proqnozlar Dünya Bankının bu yaxınlarda açıqladığı hesabatlarda da öz əksini tapıb. Lakin Ermənistanın baş naziri Ovik Abramyan ciddi-cəhdlə bu proqnozları inkar edərək, guya 2015-ci ildə ölkə iqtisadiyyatında 4,5 faiz artım olacağını iddia etməkdədir.
Hadisələrin inkişafı isə erməni baş nazirinin sözlərinin sabun köpüyündən başqa bir şey olmadığından xəbər verir. Belə ki, elektrik enerjisi tariflərinin artırılması məsələsi ortaya çıxdıqdan sonra Ermənistanın elektrik şəbəkəsinə sahib olan Rusiyanın “İnter RAO” şirkəti müəssisənin səhmlərini satmaq qərarına gəlib. Buna səbəb isə rentabelliyin həddən artıq aşağı olmasıdır. Saytın yazdığına görə ruslar elektrik şəbəkəsini Kiprdə ofşor şirkət kimi qeydiyyatdan keçmiş “Liomand hooldinq”ə satmağa hazırlaşırlar.
Doğrudur, Ermənistan rəhbərliyi hələlik bu barədə heç bir açıqlama vermək istəmir və elektrik şəbəkəsinin yeni sahibinin kimliyini gizlətməyə çalışır. Lakin buna baxmayaraq, rus tərəfi mətbuata artıq bütün kartlarını açıb və məsələdə gizli heç nə qalmayıb. Saytın yazdığına görə, təbii olaraq, şəbəkənin yeni sahibinin əhaliyə satılan elektrik enerjisi tariflərinə yenidən baxacağı heç də istisna edilmir. Bu isə tezliklə Ermənistanda kütləvi etiraz aksiyalarının yeni dalğasının başlanacağından xəbər verir.
Bu arada, sayt diqqəti daha bir maraqlı məqama yönəldib. Mənbə bildirir ki, Serj Sarkisyanın sentyabrın 27-də okeanın o tayına işgüzar səfər etməsinin əsas səbəbi heç də onun BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak etməsi deyil. Belə ki, Nyu-Yorka səfəri çərçivəsində Serj Sarkisyan bir sıra digər görüşlərdə iştirak etməyi də planlaşdırır. Ən önəmlisi isə odur ki, Serj Sarkisyan ABŞ-dakı erməni diasporunun rəhbərləri ilə görüşərək “vəziyyətdən çıxmaq üçün” onlardan yenə də sədəqə dilənəcək. Çünki regionda apardığı işğalçılıq siyasəti nəticəsində Ermənistanda iqtisadiyyatın çökməsi, faktiki işçi qüvvəsini təşkil edən əhalinin böyük əksəriyyətinin bir qarın çörək dalınca başqa ölkələrə köç etməsi artıq kimsəyə sirr deyil. Rəsmi məlumatlara görə, hər il Ermənistanı 10 minlərlə miqrant tərk edir. Digər tərəfdən isə ölkə iqtisadiyyatının güclü şəkildə bağlı olduğu Rusiyada rublun dəyərdən düşməsi Ermənistanın milli valyutası olan dramın alıcılıq qabiliyyətini də heçə endirməkdədir. Ermənistan Mərkəzi Bankının son açıqlamasına görə, hazırda 1 ABŞ dolları təqribən 500 drama bərabərdir. Ərzaq mallarını əsasən Rusiyadan idxal edən Ermənistan üçün milli valyutanın belə kəskin dəyərdən düşməsinin isə ölkə üçün daha da ağır nəticələrə gətirib çıxaracağı istisna edilmir. Saytın yazdığına görə, həftəsonu yenidən Yerevan küçələrinə axışacaq ermənilər Sarkisyan rejimindən ölkəni və xalqı xilas etməyi tələb edəcəklər. Qarşıdakı ümumrespublika etiraz mitinqinin hansı nəticələrə gətirib çıxaracağını indidən söyləmək çətin olsa da, görünən odur ki, Serj Sarkisyanın ölkədə yürütdüyü siyasət Ermənistanı bir dövlət kimi məhvə aparır. Və əgər Sarkisyan öz işğalçılıq siyasətini davam etdirsə, qonşu dövlətlərlə mehriban münasibətlər yaradılmasına cəhdlər göstərməsə, gec-tez bu dövlət məhv olmaq təhlükəsi ilə üz-üzə dayanacaq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

