Ermənistanda yeni siyasi böhran gözlənilir
09.09.2015 [10:12]
İşğalçı ölkədə hazırda faktiki olaraq vətəndaşlarla hakimiyyət arasında ciddi gərginlik mövcuddur və ölkə sosial inqilab ərəfəsindədir
Ermənistan hakimiyyəti getdikcə dərinləşən sosial-iqtisadi böhranı aradan qaldırmaq üçün müxtəlif siyasi manevrlər etməyə çalışsa da, “bumeranq” effekti ilə qarşı-qarşıya qalır. “Armenia Today” yazır ki, bu ölkənin sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün kifayət qədər potensialı yoxdur, ona görə də Ermənistanı növbəti siyasi böhran gözləyir. Ekspertlər isə Yerevanın xarici siyasətinin tamamilə iflasa uğramasını sonun başlanğıcı kimi xarakterizə edirlər.
Ümumiyyətlə, işğalçı siyasət yeridən Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını, bərabərhüquqlu əməkdaşlığı əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Regional miqyasda baş verən son hadisələr bir müddət öncə Qərb ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Son vaxtlar erməni ekspertləri, işğalçı ölkənin mediası da Ermənistanın forpost kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər. “Armenia Today” onu da qeyd edir ki, Ermənistan artıq nəinki regional layihələr çərçivəsində, eləcə də beynəlxalq aləmdə təcrid vəziyyətinə düşüb.
O da qeyd edilməlidir ki, ekspertlər Ermənistanı daha böyük problemlərin gözlədiyini qeyd edərək olduqca pessimist proqnozlar verirlər. “Lragir. Armenian” xəbər portalının məlumatında bildirilir ki, əvvəllər xaricdən külli miqdarda yardım alan Ermənistan bu ildən etibarən ondan da məhrum olub. 5 milyard dollardan çox xarici borcu qaytarmaq üçün isə xəzinədə vəsait yoxdur.
Beləliklə, Ermənistan hazırda elə bir situasiya qarşısındadır ki, nəinki hər hansı bir uğurdan, heç nisbi müstəqillikdən də danışmağa dəyməz. Dolayısıyla, regional layihələrdə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb, Yerevanın manevr imkanları tükənib.
Şübhəsiz, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsini şərtləndirir. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər.
Beləliklə, işğalçı ölkədə iqtisadi tənəzzül siyasi xaosu şərtləndirməkdədir. Son zamanlar vətəndaşlarla hakimiyyət arasındakı uçurum özünü daha çox ictimai-siyasi gərginlikdə, xüsusilə də etiraz aksiyalarında göstərir. Hazırda faktiki olaraq vətəndaşlarla hakimiyyət arasında ciddi gərginlik mövcuddur və ölkə sosial inqilab ərəfəsindədir. Bu isə ona dəlalət edir ki, Ermənistanda siyasi böhranın yeni fazası gözlənilir.
NURLAN
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53

