Ermənistanın bütün infrastrukturu bazara çıxarılıb
25.08.2015 [09:56]
Sarkisyan kimya sənayesi üçün yaxşı müştəri axtarır
Ermənistan iqtisadiyyatında mövcud olan dərin böhran artıq rəsmilər tərəfindən də etiraf olunur. İqtisadi böhranın doğurduğu nəticələri aradan qaldırmaq iqtidarında olmayan Sarkisyan hakimiyyəti isə Ermənistanın olan-qalan hər şeyini bazara çıxarır. Vorotan SES-in kaskadından sonra gündəmdə bu dəfə paytaxtda yerləşən kimya sənayesi müəssisələridir. Belə ki, uzun müddət məişətdə istifadəsi nəzərdə tutulmuş kimyəvi məhsulların istehsalı ilə məşğul olan zavod indi ot-alaq basmış, tamamilə yararsız vəziyyətdədir. Ermənistan hakimiyyəti isə dünya investorlarına yalvarır ki, bu zavodu alsınlar. Xarabalığa çevrilmiş zavodun yenidən qurulması Ermənistan hökuməti üçün müzakirə mövzusu da deyil. Çünki Sarkisyan üçün Ermənistanın bütün sərvətləri yalnız satılıb, pula çevrilmək üçün mövcuddur. Bu obyektlərin tələsik satılması Sarkisyana yalnız ölkəni bürüyən etiraz dalğasını yatırtmaq üçün lazımdır. Buradan əldə olunan maliyyə vəsaiti ermənilərin gözünə kül üfürmək, müəyyən sosial layihələrin reallaşması üçün xərclənəcək. Ermənistanda aylarla davam edən etirazların hələ də səngimədiyini nəzərə alsaq, bu tipli oyunlarla Sarkisyanın heç vaxt istəyinə çatmayacağını deyə bilərik. Bütün bunlardan əlavə, Sarkisyanın bu obyektləri satmaqda da problemləri var. Hətta bu etirafları artıq rəsmi Yerevan özü dilə gətirir. Belə ki, iqtisadiyyatın dirçəldilməsi üçün müxalifətdən gələn təkliflər arasında Yerevan kimya zavodu “Nairit”in istifadəsi də var idi. Lakin Ermənistanın baş naziri bu təklifin iqtisadi əsası olmadığını qeyd edib.
“Yerevan kimya zavodu “Nairit”in istifadəsi rentabelsizdir. Bunu həmin zavodda texniki avadanlığın vəziyyətinə baxış keçirəndən sonra tamamilə aydınlaşdırmışıq. Zavodun həm istehsal gücünü artırmaq, həm də bu zavodun məhsullarını bazara çıxarmaq üçün böyük maliyyə vəsaitinə ehtiyac var”. Bu barədə avqustun 17-də Ümumermənistan Gənclər Birliyinin “Baza-2015” tədbirlərində iştirak edən Ermənistan baş naziri Ovik Abramyan bildirib. O qeyd edib ki, bu qənaətə gəlmək üçün Dünya Bankının mütəxəssislərinin keçirdiyi auditə əsaslanır.
Baş nazirin sözlərinə görə, zavodun yenidən istifadəyə verilməsi üçün 350 milyon ABŞ dolları həcmində maliyyə vəsaitinə ehtiyac duyulur. Bu məbləğdə vəsait tamamilə yeni bir zavodun tikilməsi deməkdir. “Hökumət bu cür imkanlara malik deyil. Lakin investor tapılarsa, Ermənistan hökuməti zavodun bütün borclarını və xərclərini dondurmağı öhdəsinə götürür”, - O.Abramyan qeyd edib.
Əlbəttə, Ermənistan cəmiyyətini bir daha aldatmaq üçün bütün növ yalanlardan istifadə etmək artıq təşvişə düşmənin əlamətləridir. Çünki meydanlardakı insanlar artıq elektrik enerjisinin qiymətinin artması haqqında qərarın ləğvini deyil, Sarkisyanın istefasını tələb edirlər.
Emin KƏRİMOV
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16

