Serj Sarkisyan yenidən ermənilərin gözünə kül üfürür
08.08.2015 [00:15]
Formal konstitusiya islahatları belə ölkədaxili gərginliyi sabitləşdirə bilməyəcək
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması isə işğalçı ölkədə işsizlər ordusunun sürətlə artmasını şərtləndirib. Hakimiyyət vəziyyətin sosial partlayış həddinə çatmaması üçün müxtəlif qabaqlayıcı tədbirlərə əl atsa da, bu, bir nəticə vermir. Xalq kütlələrinin ciddi narazılığı fonunda artıq laxlamaqda olan hakimiyyət taxtının ömrünü bir qədər də uzatmaq üçün Serj Sarkisyan növbəti dəfə ermənilərin gözünə kül üfürməkdədir.
Əgər bu ilin əvvəlində Sarkisyana bağlı olan media qurumları Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını necə “bəh-bəh”lə təqdim edirdilərsə, üstündən heç yarım il keçməmiş, indi yerli mətbuatda bu haqda bir cümləyə belə rast gəlmək mümkün deyil. Artıq Ermənistanda hər kəsə bəllidir ki, bu, sadəcə, yoxsulluq və səfalət içində yaşayan xalqı bir qədər sakitləşdirmək və əksinə, ölkədə hakimiyyəti zəbt etmiş kriminal rejimin ömrünü uzatmağa hesablanmış addım idi. Hadisələrin sonrakı inkişafı - elektrik enerjisi tariflərinin yüksəlməsinə etiraz edənlərin Yerevan küçələrində fasiləsiz etiraz aksiyalarına başlaması, bunun ardınca kimyaçıların tətilləri Sarkisyan hakimiyyətini əməlli-başlı silkələdi. Doğrudur, hakimiyyət müxtəlif yollarla xalq etirazlarını müvəqqəti yatırda bilsə də, bunun yenidən təkrarlanmayacağına yuxarıdakılar da artıq şübhə edirlər. Və buna ciddi əsaslar da var. Çünki avqustun 5-də iki ildən artıq müddətdə yığılıb qalmış əməkhaqqı borclarını alan “Nairit” zavodunun işçiləri bu dəfə hökumət qarşısında ayrı tələb qoyublar - iki mindən artıq işçisi olan müəssisənin fəaliyyəti bərpa edilsin!
Bu arada Sarkisyan hakimiyyətinin ölkədə konstitusiya islahatlarına start verməsi də diqqətdən yayınmayıb. Avqustun 5-də əsas qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər ictimaiyyətin müzakirəsinə təqdim olunub. Yerli analitiklər isə bunu Sarkisyanın növbəti dəfə xalqın gözünə kül üfürməsi kimi dəyərləndiriblər. Belə ki, yeni islahatlar paketinə Ermənistan üçün bir sıra yeniliklər - ölkə prezidentinin 7 il müddətinə, yalnız bir dəfə seçilə bilməsi, hərbi şəraitdə ölkənin ali baş komandanı səlahiyyətlərinin baş nazirə keçməsi, milli bankın sədrinin parlament tərəfindən seçilməsi, parlamentin təqribən üçdə birini təşkil edən majoritar seçki sisteminin ləğv olunması və s. kimi ağızda asan və xoş tələffüz edilən maddələr daxil edilib.
Ekspertlərin qənaətinə görə, konstitusiya islahatlarının təqribən il boyunca müzakirəsinin təşkili nəzərdə tutulur ki, bunda da məqsəd xalqın başını qatmaq, onlarda sabaha inamı artırmaqdır. Amma, əslində, nəzərdə tutulan bu islahatların əsas məqsədi ölkədəki kriminal rejimin ömrünün daha da uzadılmasına xidmət etməkdir.
Belə ki, Serj Sarkisyan artıq iki dəfə - 2008 və 2013-cü ildə 5 il müddətinə prezident seçilib və mövcud konstitusiyaya görə onun limiti tükənib. Hakim Respublika Partiyası isə parlamentdəki 90 yerdən 69-na sahibdir. Majoritar qaydada parlamentə seçilmiş 41 deputatın əksəriyyəti isə hakimiyyətdə təmsil olunmayan partiyaların nümayəndələridirlər. İslahatlardan sonra majoritar seçki sisteminin ləğv olunması parlamentdəki yerlərin iqtidar partiyasının xeyrinə dəyişə bilər ki, bu da elə Sarkisyanın “armudun başına açmaq istədiyi oyundur”. Başqa sözlə, Sarkisyan öz gələcək taleyini parlament sədri postunda görür ki, bəlkə, bu yolla 10 il müddətində birinci şəxs olaraq sadə ermənilərin başına açdığı oyunlara, - onları necə səfalət içində yaşamağa məhkum etməsi, ölkədə indiyədək görünməmiş həddə çatan miqrasiya, korrupsiya və rüşvətxorluğun artması, hakimiyyətin kriminal üsul-idarəsi və s. kimi məsələlərə görə ədalət məhkəməsindən birtəhər canını qurtarmış olsun. Amma, Serj Sarkisyan bunu bacaracaqmı, yaxud yoxsulluq içində yaşamaqdan cana doymuş ermənilər bunu ona bağışlayacaqlarmı? Bax, bunu zaman göstərəcək!....
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
03 Oktyabr 11:25
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Analitik
02 Oktyabr 09:45

