Ermənistan işğalçılıq siyasətinin “bəhrəsini dərir”
05.08.2015 [08:38]
İqtisadi böhran bu ölkənin strateji obyektlərinin də satışa çıxarılması ilə nəticələnib
Ermənistanda mövcud olan iqtisadi və siyasi böhran işğalçı ölkənin bütün, o cümlədən, strateji obyektlərini satması ilə nəticələnir. Son vaxtlar Yerevan küçələrində baş qaldıran etiraz aksiyaları isə Sarkisyanın yeni-yeni sahələri satışa çıxarması ilə nəticələnib.
Belə ki, Ermənistanın baş naziri Ovik Abramyan bu günlərdə mətbuata verdiyi açıqlamada elektrik enerjisinin qiymətlərindəki artımlarla əlaqədar əhaliyə kompensasiya veriləcəyini bildirib. Məlum olduğu kimi, Ermənistan hökuməti Vorotan su elektrik stansiyasının kaskadını ABŞ-ın “Contour Global” energetika holdinqinə satmaqla əldə edəcəyi vəsaitləri hesabına əhaliyə kompensasiya verməyi düşünür. “Ermənistan prezidentinin bəyan etdiyi kimi, hökumət elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı xərcləri subsidiya hesabına kompensasiya edəcək. Vəsaitlər Vorotan su elektrik stansiyasının kaskadının satılması hesabına əldə ediləcək”, - deyə Abramyan bildirib.
Məlumat üçün bildirək ki, avqustun 1-dən Ermənistanda elektrik enerjisi tarifləri 16,7 faiz qalxıb. Daha dəqiq desək, avqustun 1-nə qədər ermənilər 1 kvt/s elektrik enerjisi üçün gündüz vaxtı 41,85 dram, gecələr isə 31,85 dram pul ödəyirdi. Avqustun 1-dən sonra isə müvafiq olaraq bu qiymətlər 58 və 48 drama qədər qalxıb. Bu qərar Ermənistan cəmiyyətində kəskin reaksiyaya və qərarın ləğv olunmasını tələb edən etiraz hərəkatının formalaşmasına səbəb olub. Mətbuatda gəzən xəbərlərə görə ABŞ-ın “Contour Global” energetika holdinqi iyunun 8-də Ermənistan-İran sərhədində yerləşən Vorotan su elektrik stansiyasının kaskadının sahibi olub. Holdinq bu strateji əhəmiyyətli obyekti 180 mln dollara əldə edib. Maraqlı məqam ondadır ki, Vorotan SES Ermənistan - İran sərhəddində yerləşir. Bu obyektin məhz amerikalılara satılması isə rəsmi Yerevanın İranla münasibətlərinə soyuqluq gətirə bilər.
Əslində, Sarkisyan hökumətinin hakimiyyətdə qalmaq naminə hətta bütün Ermənistanı kimə gəldi, necə gəldi satmaq siyasəti heç də təəccüblü deyil. Çünki mövcud rejim ölkəni böhrandan çıxaracaq gücdə deyil. Hər halda Ermənistan hakimiyyətinin hətta öz vətəndaşlarının maraqları naminə milliləşdirmə siyasətini reallaşdırmaq gücündə olmaması deyilənləri təsdiqləyir. Belə ki, Sarkisyan etiraz edən kütlənin təzyiqi altında iyul ayının sonlarında Ermənistanın “Elektrik şəbəkələri” paylayıcı şirkətinin dövlətə qaytarılmasını istisna etmədiyini bildirsə də, bir qədər sonra dediklərini inkar etdi. Ermənistanın baş naziri Ovik Abramyan qəti şəkildə bildirib ki, “Elektrik şəbəkələri” paylaşdırıcı şirkətinin milliləşdirilməsi məsələsi müzakirə olunmur.
Beləliklə, göründüyü kimi, Ermənistan işğalçılıq siyasətinin “bəhrəsini dərir”. Və əgər bu siyasətə son qoyulmasa, Ermənistan bir dövlət olaraq satışa çıxarılacaq.
Emin KƏRİMOV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32

