Ermənistanda ictimai-siyasi xaos dərinləşir
26.06.2015 [10:12]
Yaxud, işğalçı ölkə sosial inqilaba doğru...
İşğalçı Ermənistanda vəziyyətin kritik həddə olması və ermənilərin güzəranının getdikcə daha da pisləşməsi hər kəsə yaxşı məlumdur. Sarkisyan hakimiyyətinin yürütdüyü yarıtmaz siyasət erməni əhalisini bir çox çətinliklərlə üz-üzə qoyub. Özünün qeyri-konstruktiv siyasəti nəticəsində bütün beynəlxalq enerji, neft-qaz layihələrindən kənarda qalan işğalçı ölkə indi yalnız ianələrə və havadarlarının dəstəyinə ümid bəsləyir. Hazırda sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda, eyni zamanda, demoqrafik problemlər artaraq yeni böhranın meydana gəlməsini şərtləndirib. İşğalçı ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlərin sayı isə durmadan artır.
Bütün bunların fonunda görünən isə budur ki, indi heç nisbi müstəqilliyə də malik olmayan, eləcə də, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Ölkədə baş verən iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirib, sosial gərginlik daha da artıb. Şübhəsiz, dərin sosial-iqtisadi tənəzzül meyilləri Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu genişləndirməkdədir. İndi Ermənistan faktiki olaraq iflasın astanasındadır. Hakimiyyətin repressiya siyasəti, eləcə də, müxalifətə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqləri ölkədə etiraz edənlərin sayının durmadan artmasına səbəb olub. Bir sözlə, sosial inqilaba doğru gedən Ermənistanda faktiki ictimai-siyasi xaos hökm sürməkdədir. Bütün bunlar isə öz növbəsində, vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, ölkədə xaos və qarşıdurmaya rəvac verir. Elə bu günlərdə Ermənistanda baş verən son etirazlar da bir daha bunu təsdiqləyir.
Etiraz aksiyaları Sarkisyan hakimiyyətini çıxılmaz vəziyyətə salıb
Xatırladaq ki, iyunun 19-da İrəvanın “Azadlıq” meydanında “Talana yox!” şüarı altında başlayan etiraz aksiyası Ermənistanda ictimai-siyasi vəziyyəti daha da gərginləşdirib.
Hazırda işğalçı ölkədə vəziyyət gərgin olaraq qalır. Belə ki, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Bu ölkənin KİV-inin məlumatına görə, etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulub. Aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Qeyd edək ki, iyunun 22-si axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Vurğulayaq ki, mülki geyimli şəxslər, polis əməkdaşları və xüsusitəyinatlılar aksiya iştirakçılarına hücum edib, Ermənistan prezidentinin administrasiyasının binası qarşısında etiraz edənlərə qarşı güclü su şırnağından istifadə edilib. Hadisə zamanı onlarla sənət adamı və yazıçı həbs edilib. Hadisələrin kuliminasiya nöqtəsi kimi isə aksiyaya qoşulmuş Gümrü şəhərində də kütləvi həbslərin həyata keçirilməsi göstərilir. Erməni KİV-i məlumat verir ki, Gümrüdə 15-ə yaxın şəxs həbs edilib. Ümumilikdə isə verilən məlumata görə, 250-yə yaxın aksiya iştirakçısı həbs edilib. Eyni zamanda, aksiyaları işıqlandıran bəzi KİV nümayəndələrinə də zor tətbiq edilib.
Ekspertlərin proqnozları bədbindir
Ekspertlərin proqnozları isə bədbindir. Onlar qeyd edirlər ki, Sarkisyan rejimi ölkəni uçuruma doğru sürükləyir. Aksiyaların siyasi gərginliyi artıracağını, eyni zamanda, vətəndaş müharibəsi həddinə çatacağını bəyan edən ekspertlər Ermənistanda bu gün mövcud olan problemlərin ölkədə sosial inqilab çağırışlarını aktuallaşdıracağını və siyasi gərginliyi şiddətləndirəcəyini bəyan edirlər. Bu da, sözsüz ki, Ermənistanın taleyini sual altına alan başlıca faktorlardandır.
Qərbin ikili standartları davam edir
Maraqlı məqam isə budur ki, daim demokratik dəyərlərdən danışan bir sıra təşkilatlar Ermənistanda baş verən bütün bu hadisələrin fonunda hələ də susmağa davam edirlər. Görəsən, Qərbin “hüquqsevər” qurumları Ermənistanda baş verənlərə niyə münasibət bildirməyə tələsmirlər? Daim Azərbaycanda ictimai fəallara “təzyiq”, “basqı” haqqında danışan qərəzli xarici təşkilatlar niyə bu gün Ermənistan hakimiyyətinin etirazçılara divan tutmasını susqunluqla qarşılayırlar?
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16

