Ukraynanın seçimi: assosiativ üzvlük ölkəni hara aparır?
09.10.2014 [09:36]
Brüsseldə və Kiyevdə eyni vaxtda bir sənəd təsdiq edildi. Ukrayna Avropa İttifaqına assosiativ üzv oldu. Sazişin iqtisadi hissəsinin reallaşması 2016-cı ilə qaldı. İlk baxışdan ukraynalılar çoxdankı arzularına qovuşdular. Lakin mütəxəssislərin rəyləri və aparılan təhlillər göstərir ki, vəziyyət heç də tam aydın deyil. Ukraynanın daxili siyasi səhnəsində bir sıra ziddiyyətli məqamlar özünü göstərməyə başlayıb. P.Poroşenkonun fəaliyyətinə müsbət yanaşmayanlar da var. Bundan əlavə, Aİ-yə daxil olan ölkələrin heç də hamısı Ukrayna ilə assosiativ üzvlüyü sevinclə qarşılamır. Onlar Moskva faktorunu daha ciddi nəzərə almağı tələb edirlər. Kiyevin Qərb və Rusiya ilə münasibətlərinin inkişaf dinamikası da məlum deyil.
Bayram kimi qəbul edilən saziş: sonra nə olacaq?
“Ukraynasız birləşmiş Avropa yoxdur”. Prezident Pyotr Poroşenko Ali Radada Avropa İttifaqı ilə assosiativ üzvlüyü nəzərdə tutan sənədin müzakirəsi öncəsi bu cümləni xüsusi intonasiya ilə işlədib. O, əslində, Ukrayna və Avropa üçün bayram günü olduğunu deyib. Onun sözlərini həmin vaxtda Brüsseldə bu sənədi müzakirə edən avropalı deputatlar da dinləyiblər. Bununla da bəzi siyasətçilərin tarixi adlandırdığı assosiativ üzvlük sənədini Ukrayna və Aİ parlamentləri təsdiqləmiş oldu. P.Poroşenko sənədi elə Radada imzaladı.
Emosiyalar və imzalar öz yerində. Amma reallıq deyilən bir məfhum da var. İndi Ukraynanın Aİ-yə gerçəkdə necə assosiasiya olunacağı maraq doğurur. Məsələ heç də bədbin nəticələr çıxarmaqda deyil. Əksinə, xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Ancaq ortada elə problemlər var ki, onları aradan qaldırmaq elə də asan olmayacaq.
Hətta Avropa Parlamentinə üzərində “Rusiyaya qarşı sanksiyalara son!” sözlərinin yazıldığı deputat gəlib (müstəqil deputat Canluka Buonanno) (bax: Ukrainu assoüiirovali s otsroçkoy / “Kommersantc”, 17 sentyabr 2014). Bu addım rəmzi xarakter də daşıya bilər. Lakin onu nəzərə alaq ki, Avroparlamentdə 127 deputat Ukrayna ilə sazişə “yox” deyib. Lehinə səs verənlər isə daha çoxdur - 525 deputat!
Maraqlıdır ki, Ukraynanın daxilində də imzalanan sazişə münasibət birmənalı deyil. Cəmiyyətdə sənədin iqtisadi hissəsinin 1 il gecikdirilməsi narazılıq yaradıb. Hətta bəzi rəsmi şəxslər P.Poroşenkonun qərarına etiraz edərək istefa da verib. Məsələn, Ukrayna xarici işlər nazirinin müavini Danilo Lubkivski vəzifəsindən gedib. O, bunun səbəbini belə açıqlayıb: “Seçim təxirə salınmır, əks halda bu, seçim deyil” (bax: James Marson, Paul Sonne. Ukraine President Poroshenko Faces Backlash Over EU Trade Deal Delay / “The Wall Street Journal”, 14 sentyabr 2014). Təcrübəli ukraynalı diplomat V.Filipçukun fikrincə isə, assosiasiya üzvlüyü sənədinin iqtisadi hissəsinin təxirə salınması “Rusiyanın veto hüququnu tanımaq deməkdir”.
Bunlar Aİ-Ukrayna münasibətlərində bir sıra düşündürücü məqamların olmasından xəbər verir. Görünür, proses bundan sonra da ziddiyyətlərlə müşayiət olunacaq. Yaranmış vəziyyətə üç aspektdə nəzər salmaq olar.
Onlardan biri Ukraynanın daxili siyasi mühitində müşahidə edilən dəyişikliklərlə əlaqəlidir. Oktyabrda keçirilməli olan parlament seçkisi öncəsi siyasi qüvvələr manevr etməkdədir. Maraqlıdır ki, bu zaman Aİ ilə assosiasiya sənədi üzərində spekulyasiyalar da özünü göstərir.
Ölkənin sabiq baş naziri Yuliya Timoşenko iqtisadi əməkdaşlığın 2016-cı ilə saxlanmasına çox sərt formada reaksiya verib. O, “Batkivşina” partiyasının seçkidəki siyahısına hazırda əsirlikdə olan təyyarəçi Nadya Savçenkonun başçılıq edəcəyini bildirib. İndi Y.Timoşenko ilə yanaşı Arseni Yatsenyukun “Dəyişikliklər cəbhəsi” hərəkatı da radikal addımlar atır. Onun komandasına daxili işlər naziri A.Avakov, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi A.Porubi və bir sıra səhra komandirləri daxildirlər (bax: əvvəlki mənbəyə).
P.Poroşenko ilə birlikdə seçkiyə “UDAR” partiyası da gedir. Kiyevin meri Vitali Kliçko dövlət başçısı ilə əməkdaşlığa üstünlük verib. Ancaq ekspertlər iqtidarda olan komandanın bu cür bölünməsinə ehtiyatla yanaşırlar. Seçkidən sonra hakimiyyət uğrunda mübarizənin radikal məzmun ala bilməsi istisna olunmur. Unudulmamalıdır ki, bunun da kökündə prezidentin assosiasiya sazişində iqtisadi aspekti 2016-ya təxirə salması durur.
Kiyev Qərb və Rusiya arasında: maneələri aşmaq problemi
Digər məqam Aİ-Ukrayna münasibətlərinin inkişaf dinamikası ilə bağlıdır. “Deutsche Welle”nin eksperti Kristof Hasselbax çox ehtiyatlı olmağı tövsiyə edir. Çünki həm Ukraynanın daxili iqtisadi vəziyyəti ağırdır, həm də Rusiya faktoru nəzərə alınmalıdır (bax: Kristof Xasselğbax. Ukraine i ES poka sleduet deystvovatğ s oqlədkoy na Rossiö / “DW”, 17 sentyabr 2014). “Belə vəziyyətdə Brüssel və Kiyev son dərəcə intizamlı olmalıdır”, - deyə o xəbərdarlıq edir.
Onun fikrincə, Ukrayna xalqının səbri tükənə bilər. Çünki Aİ ilə əməkdaşlıq iqtisadi sahədə bir qədər sonra müsbət nəticə verəcək. Rusiyanın isə vəziyyəti gərginləşdirmək üçün daha sürətli addımlar atmaq şansı var. Əgər əhali yaşayış səviyyəsinin aşağı düşməsinə dözə bilsə, Avropaya inteqrasiya alına bilər. Əks halda, hər şeyin alt-üst olması ehtimalı az deyil (bax: əvvəlki mənbəyə).
Vəziyyəti mürəkkəbləşdirən başqa faktor Ukraynanın seçim alternativinin olmamasıdır. Ekspert Gömrük İttifaqının ölkəni ağır iqtisadi durumdan xilas edəcəyinə inanmır. Onda Kiyev müəyyən mənada seytnota düşmüş olur. O, var gücünü toplayıb əhalini təmkinliliyə çağırmalıdır. Ancaq bu, baş tutacaqmı? Bu, məlum deyil.
Nəhayət, üçüncü aspekt Rusiya məsələsidir. Son aylar Ukraynanın cənub-şərqində baş verən hadisələr göstərdi ki, Moskvanın bu ölkəyə təsir imkanları genişdir. Kremlin təzyiqi altında Kiyevin assosiativ üzvlüyün iqtisadi blokunun reallaşdırılmasını təxirə salması adi hadisə deyil. Deməli, bundan sonra da Rusiya faktoru Ukraynanın daxili siyasi, sosial və iqtisadi-mədəni həyatında ciddi rol oynaya bilər.
Kiyevin silahlanması da yaranmış vəziyyətdən çıxış yolu deyildir. Moskva kifayət qədər güclüdür. Belə çıxır ki, Ukrayna iqtidarı məsələnin əsasən siyasi həlli yollarına üstünlük verməlidir. Burada da problemlər az deyil. Heç kəsə sirr deyil ki, ABŞ və Avropa Ukrayna məsələsində öz maraqlarını üstün tutur. Doğrudur, Vaşinqton bu ölkəni NATO-dan kənar “xüsusi müttəfiq” statusunda qəbul edir. Lakin o, Rusiyanın mövqeyini də nəzərə almağa məcburdur.
Ukrayna siyasiləri nə qədər Krımı qaytarmaqdan danışsalar da, reallıqda bunun çox uzun proses olduğunu dərk edirlər. Əks halda, ölkənin şərqində mübarizə taktikasını dəyişib, geri çəkilməzdilər. Krımda Rusiya hərbi qüvvələrinə qarşı ukraynalıların tab gətirməsi indiki göstəricilərə görə, imkansızdır. Deməli, bütün hallarda ABŞ və Aİ Rusiya amilini nəzərə almalıdır.
Bu, onu təsdiqləyir ki, Aİ-yə assosiativ üzv olsa belə, Ukrayna geosiyasi aspektdə yenə də qeyri-müəyyən vəziyyətdə qalmaqdadır. Ola bilsin ki, Kiyev siyasi islahatları Avropa standartlarına uyğun səviyyədə həyata keçirsin. Ölkədə demokratik təsisatların inkişafı sürətlə getsin. Brüssel də bu prosesdə Ukraynaya lazımi səviyyədə yardım göstərə bilər. Vaşinqton zəruri hesab etdiyi dəstəyi Kiyevə verə bilər. İstənilən halda Ukraynanın şərq əyalətləri və Krım Qərb-Rusiya qarşıdurmasının ön cəbhəsi olaraq qalacaq.
Ərazi bütövlüyünün təhlükəsizliyinə təminat olmayan ölkədə inkişafın davamlı olacağını gözləmək çətindir. Onda bəs indi bayram kimi qəbul edilən assosiativ üzvlük sazişinin real təsiri nələrdən ibarətdir?
Çox güman ki, bu, bir siyasi aksiya, niyyət kimi təbliğatda öz rolunu oynaya bilər. Böhran içində olan Aİ dünyaya geosiyasi təsir dairəsini genişləndirə bildiyini nümayiş etdirmək istəyir. Bununla yanaşı, Ukrayna bazarı onun çətinliklərdən müəyyən dərəcədə çıxmasına yardım göstərə bilər. Çünki Avropa öz mallarını iqtisadi ehtiyacları olan bir ölkəyə ixrac etmək şansı əldə etmiş olur. Özü də Ukrayna məhsullarının keyfiyyəti Avropa standartlarından aşağıdır. Bu səbəbdən əhali Aİ dövlətlərinin mallarına böyük maraq göstərəcəkdir.
Assosiativ üzvlük haqqında sənədin təsdiq edilməsi ilə Brüssel Moskvaya mesaj verir ki, onun müqavimətinə baxmayaraq, Ukraynanı özünə çəkir. Moskvanın bundan nə kimi nəticələr çıxaracağını zaman göstərəcək. Ancaq elə indidən aydındır ki, çətin də olsa, Qərb addım-addım Şərqə doğru irəliləyir və bunun kimə faydası olacağı hələ bilinmir.
Kamal Adıgözəlov
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53
