Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

03.03.2026 [20:18]

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 3-də ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakı qəbul edib.

Türkiyə Xarici İşlər Nazirliyi bu barədə AZƏRTAC-a danışığın təfərrüatlarını açıqlamadan məlumat verib.

Bu gün səhər saatlarında Türkiyənin xarici işlər naziri jurnalistlərə bildirib ki, İran, ABŞ və İsrail arasındakı münaqişə regional müharibəyə çevrilmək riski daşıyır. Nazir bildirib: “Hazırkı şəraitdə ən pis ssenari münaqişənin şiddətlənməsi və həm İranı, həm də bütün regionu bürüyəcək qeyri-sabitlik yaratmasıdır”.

Fidanın sözlərinə görə, Ankaranın əsas istəyi qarşılıqlı hücumlara tez bir zamanda son qoymaq və diplomatik səylərin bərpasıdır.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31