Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Reuters: Gəmilər üçün müharibə riskləri üzrə sığortalar ləğv edilir

Reuters: Gəmilər üçün müharibə riskləri üzrə sığortalar ləğv edilir

02.03.2026 [22:53]

Dəniz sığorta şirkətləri gəmilər üçün müharibə riskləri üzrə sığorta təminatını ləğv edir. İran ətrafında gərginliyin artması fonunda neft daşımalarının qiymətlərinin kəskin bahalaşacağı gözlənilir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, indiyədək İranla bağlı münaqişənin genişlənməsi nəticəsində azı 3 neft tankeri zərər görüb, 1 heyət üzvü həlak olub. Eyni zamanda, təxminən 150 gəmi Hörmüz boğazında hərəkətsiz vəziyyətdə qalıb.

Bildirilib ki, son hadisələr ticarət gəmiçiliyi üçün riskləri əhəmiyyətli dərəcədə artırıb.

Bazar günü yayılan məlumatlara əsasən, Hörmüz boğazında və ətraf sularda azı 150 gəmi, o cümlədən neft və mayeləşdirilmiş təbii qaz tankerləri lövbər salıb. Mövcud vəziyyət qlobal enerji bazarlarında əlavə təzyiq yarada bilər.

Paylaş:
Baxılıb: 699 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30