Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fridrix Merts: Almaniya regionda qalan vətəndaşlarının dəstəklənməsi üçün zəruri tədbirlər görüb

Fridrix Merts: Almaniya regionda qalan vətəndaşlarının dəstəklənməsi üçün zəruri tədbirlər görüb

02.03.2026 [11:16]

Almaniya hökuməti Yaxın Şərq regionundakı vətəndaşlarının mümkün qədər dəstəklənməsi üçün zəruri tədbirlər görüb.

AZƏRTAC xəbər verir ki, bunu Kansler Fridrix Merts Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Almaniya Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib.

Kansler vəziyyətin federal hökumətin nazirlikləri və digər qurumlar tərəfindən ətraflı müzakirə edildiyini, regionda qalan Almaniya vətəndaşlarının dəstəklənməsi üçün zəruri tədbirlərin görüldüyünü bildirib. O, həmçinin Almaniyada ictimai təhlükəsizliyin təmin olunması üçün də bütün addımların atıldığını qeyd edib.

Bölgədəki vəziyyətə toxunan Kansler qeyd edib: “Kənardan hərbi zərbələr endirməklə daxildən siyasi dəyişiklik yaratmaq planının baş tutacağını bilmirik. İranda daxili dinamikanı anlamaq olduqca çətindir. Əfqanıstan, İraq və Liviya ilə aparılan müqayisələr yalnız qismən uyğun gəlir. Lakin bu paralellər ən azı ortamüddətli perspektivdə risklərin nə qədər real olduğunu göstərir. Onların nəticələrini isə Avropada və Almaniyada biz də daşımalı ola bilərik”.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31