Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

07.02.2026 [22:19]

Sudanda Dubeykir bölgəsindən Şimali Kordofan əyalətinin ər-Rəhd şəhərinə köçkünləri daşıyan nəqliyyat vasitəsinin Çevik Dəstək Qüvvələri tərəfindən hədəfə alınması nəticəsində 24 nəfər, o cümlədən 8 uşaq və bir neçə qadın həlak olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

AZƏRTAC xəbər verir ki, “Sudan Həkimləri Şəbəkəsi”nin məlumatına görə, nəqliyyat vasitəsində Cənubi Kordofan əyalətindən qaçan məcburi köçkünlər olub və avtomobil ər-Rəhd şəhərinə çatarkən hücuma məruz qalıb.

Sudan üç ildir ki, ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən müharibənin ağır nəticələrini yaşayır. Bu münaqişə on minlərlə insanın həlak olmasına, milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarıb, ölkənin səhiyyə və təhsil infrastrukturunun böyük hissəsini məhv edib.

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30