Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Rusiyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

02.02.2026 [20:12]

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki Canatalap qəsəbəsi yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan “Diamond Aircraft” şirkətinin istehsalı olan təyyarə təlim uçuşu həyata keçirirmiş. Onun göyərtəsindəki Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin iki kursantı və bir pilot həlak olublar. Qəza yerinə təcili yardım briqadaları göndərilib.

Təyyarə qəzasının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30