Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır

22.01.2026 [20:45]

Suriyanın şimal şərqində saxlanılan İŞİD terror təşkilatından olan məhbusların İraqa aparılması prosesi başlanıb.

AZƏRTAC SANA informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Komandanlığı elan edib.

Qeyd olunub ki, Suriyanın Həsəkə rayonunda saxlanılan 150 məhbus İraqda təhlükəsiz yerə köçürülüb. Bu çərçivədə ümumilikdə 7 minə yaxın İŞİD-dən olan məhbusun İraqa aparılması planlaşdırılır.

Suriyanın Daxili İşlər Nazirliyi bu yaxınlarda bildirib ki, qeyri-qanuni silahlı birləşmə olan Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatından olan bir neçə məhbusu və onların ailələrini Həsəkə rayonunun şərqindəki Əl-Haul düşərgəsindəki həbsxanadan azad edib. Suriya bu addımı Suriyanın terrora qarşı mübarizədə fəaliyyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirib.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31