Fransada büdcə böhranı: 49.3 maddəsinin tətbiqi hökumətin uğursuzluğu kimi qiymətləndirilir
21.01.2026 [19:27]
Fransada 2026-cı il büdcəsinin qəbul edilməsi üçün Konstitusiyanın 49.3 maddəsinin tətbiqi siyasi gərginliyə səbəb olub. “Əyilməz Fransa” (La France Insoumise -LFI) partiyasının Milli Assambleyadakı fraksiya sədri Matild Pano bu addımı hökumətin uğursuzluğu kimi qiymətləndirərək, hökumətə qarşı etimadsızlıq təklifi (motion de censure) irəli sürəcəklərini bəyan edib.
AZƏRTAC xəbər verir ki, Matild Pano 49.3 maddəsindən istifadənin “Lökornü hökumətinin açıq-aşkar iflası olmasını, buna görə də müxalifətin hökuməti senzura edəcəyini sözlərinə əlavə edib.
Onun sözlərinə görə, Baş nazir Sebastyan Lökornü hökumətin məsuliyyətini Konstitusiyanın 49.3 maddəsi əsasında üzərinə götürəcəyini elan etməklə əvvəl verdiyi vədləri pozub. Matild Pano bu qərarın azlıqda olan və yalan danışan bir hökumət tərəfindən verildiyini bildirib. O vurğulayıb ki, hökumət ötən ilin oktyabrında 49.3-dən imtina edəcəyinə söz vermişdi.
LFI lideri əlavə edib ki, etimadsızlıq təklifinin hazırlanması üçün kommunistlər və ekoloqlar fraksiyası ilə danışıqlar aparılıb və böyük ehtimalla bu təşəbbüs birgə təqdim olunacaq.
Qeyd edək ki, ekoloji hərəkatın tanınmış siması, deputat Sandrin Russo da daha əvvəl “franceinfo”ya verdiyi müsahibədə bildirmişdi ki, əgər büdcənin qəbulunda 49.3 maddəsi və ya fövqəladə sərəncamlardan istifadə olunarsa, o, hökumətə qarşı etimadsızlıq təklifini dəstəkləyəcək.
Beləliklə, 2026-cı il büdcəsi ətrafında yaranmış vəziyyət Fransa siyasi səhnəsində ciddi qarşıdurmanın davam edəcəyini göstərir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07

