Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir
18.01.2026 [20:18]
Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar bir neçə Avropa ölkəsinə artırılmış tariflər tətbiq etmək qərarına kəskin reaksiya verib.
AZƏRTAC xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb bu cür tədbirlərin transatlantik münasibətləri sarsıtdığını və təhlükəli eskalasiya riski yaratdığını bildirib. O, müttəfiqlər arasındakı fikir ayrılıqlarının təzyiq yox, dialoq yolu ilə həll edilməli olduğunu vurğulayıb, habelə Danimarka və Qrenlandiyaya dəstəyini ifadə edərək ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib.
İsveç də bu təhdidləri kəskin tənqid edib. Bu ölkənin maliyyə naziri Elizabet Svantesson ABŞ-ın tarif təhdidlərini absurd adlandırıb və Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün rüsumlardan təzyiq vasitəsi kimi istifadə etməyin məsuliyyətsizlik olduğunu bildirib. Onun sözlərinə görə, İsveç və Aİ şantaj olunmağa imkan verməyəcək, lakin buna qarşı İttifaqın digər ölkələri ilə əlaqələndirilmiş şəkildə cavab tədbirləri görülməlidir.
Bu arada, Avropa İttifaqı daxilində sərt cavab çağırışları artmaqdadır. Sənaye nümayəndələri və siyasətçilər Amerika şirkətlərinə dövlət satınalmalarına, investisiyalara və patentlərə çıxış, eləcə də Aİ-dən ABŞ-a malların ixracına qadağalar və ya məhdudiyyətlər qoyan Brüsselin məcburiyyət əleyhinə alətindən istifadəni təklif edirlər. Avropa Parlamentindəki əsas fraksiyalar da Vaşinqtonun tarif təhdidləri davam etdiyi müddətcə Aİ ilə ABŞ arasında ticarət sazişini dəstəkləməyəcəklərini bildiriblər.
Gərginliyin artmasına baxmayaraq, Avropa liderləri Aİ daxilində birliyin və ABŞ ilə siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq ticarət qarşıdurmasının transatlantik münasibətlər üçün uzunmüddətli mənfi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Xatırladaq ki, fevralın 1-dən etibarən Finlandiya, Danimarka, İsveç, Norveç, Fransa, Almaniya, Birləşmiş Krallıq və Niderlanddan ABŞ-a ixrac olunan mallara 10 faizlik rüsumlar tətbiq olunacaq və iyunun 1-dən etibarən bu tarif dərəcəsinin 25 faizə qədər artırılması gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21

