Böyük Britaniya Arktikanın təhlükəsizliyi sahəsində fəaliyyətini gücləndirir
14.01.2026 [20:18]
Böyük Britaniya Arktika regionunda təhlükəsizlik məsələlərinə diqqəti artırır.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, ölkənin xarici işlər naziri İvett Kuperin bu gün Finlandiya və Norveçə səfəri planlaşdırılır. Səfər çərçivəsində o, Finlandiya sərhəd mühafizəçiləri, həmçinin Norveçdə yerləşən “Camp Viking” bazasında Britaniya Kral Dəniz Piyadaları ilə görüşəcək.
Nazir səfər öncəsi bildirib ki, Böyük Britaniya Arktikanın təhlükəsizliyi sahəsində fəaliyyətini gücləndirir və regionda artan təhdidlərə qarşı müttəfiqləri ilə birgə hərəkət edir. Nazirin səfəri Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı səsləndirdiyi təhdidlər fonunda təşkil olunur və Arktika regionunun strateji əhəmiyyətini ön plana çıxarır.
O qeyd edib ki, ölkəsi NATO çərçivəsində Arktikanın müdafiəsinin möhkəmləndirilməsi və “Yüksək Şimal” adlandırılan bölgənin Rusiyanın mümkün təhdidlərindən qorunması üçün səyləri dəstəkləyir. Onun sözlərinə görə, hökumət regionda diplomatik və təhlükəsizlik öhdəliklərini daha da gücləndirir.
İvett Kuper bildirib ki, Böyük Britaniya və müttəfiqləri Arktikada müdafiə imkanlarını gücləndirməklə öz maraqlarına və kritik infrastruktura yönələn istənilən cəhdlərin qarşısını almağa çalışır. Onun sözlərinə görə, Arktikanın təhlükəsizliyi Böyük Britaniya və NATO üçün mühüm transatlantik tərəfdaşlıq məsələsidir və alyans çərçivəsində birgə fəaliyyət yeni formalaşan təhdidlərə qarşı daha effektiv cavab verməyə imkan yaradır.
Nazir əlavə edib ki, bu addımlar Böyük Britaniyanın həm məsuliyyəti, həm də vəzifəsidir və görülən tədbirlər ümumi təhlükəsizliyin artırılmasına xidmət edir.
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08

