ABŞ-da pilotsuz yük gəmisi layihələndirilib
27.12.2025 [14:34]
Dəniz robototexnikası sahəsində ixtisaslaşan ABŞ-ın “Clippership” şirkəti külək enerjisi ilə hərəkət edən, uzunluğu 24 metr olan qeyri-adi pilotsuz yük gəmisinin hazırlanmasını yekunlaşdırır.
AZƏRTAC “Interesting Engineering” nəşrinə istinadla xəbər verir ki, bunun üçün gəmi karbon kompozitindən hazırlanmış iki ədəd qatlanan sərt qanadla təchiz ediləcək. Qanadlar ənənəvi parça yelkənlərlə müqayisədə iki dəfə daha səmərəli olacaq. Gəmi insanın minimal iştirakı ilə transatlantik keçidlər üçün nəzərdə tutulub.
Şirkət gəminin layihəsini gəmi memarlığı sahəsində tanınmış mütəxəssislər olan “Dykstra Naval Architects” və “Glosten” ilə birgə hazırlayır. Gəminin təməlqoyma və tikinti işləri üçün Niderlandın “KM Yachtbuilders” gəmiqayırma zavodu ilə müqavilə bağlanıb. Layihə dənizçilik üzrə müvafiq nəzarətedici təşkilatlar tərəfindən təsdiqlənib. Gəmi Malta bayrağı altında istismara veriləcək. Onun suya buraxılması 2026-cı ilin sonuna planlaşdırılır, bundan sonra isə Atlantik okeanını da keçməklə genişmiqyaslı dəniz sınaqlarına başlanacaq.
Maraqlıdır ki, bu, nisbətən kiçik ölçülü yük gəmisi olacaq və görünür, xüsusi yüklərin daşınması üçün nəzərdə tutulub. Gəminin yük anbarı 75 avropaletin yerləşdirilməsi üçün hesablanıb.
Layihənin bəyan edilən əsas məqsədi külək enerjisindən istifadə hesabına dəniz daşımaları zamanı tullantıların əhəmiyyətli dərəcədə azaldılması, həmçinin avtonom gəmilərin səmərəliliyinin və etibarlılığının artırılmasıdır. Bu, ənənəvi konteyner gəmilərinin iqtisadi baxımdan daha az səmərəli olduğu kiçik həcmli yüklər üçün dayanıqlı logistika istiqamətində atılan mühüm addımdır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

