Gürcüstan parlamenti gələn ilin dövlət büdcəsi layihəsinə bir sıra düzəlişlər edib
29.11.2025 [14:32]
Gürcüstan parlamenti “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə bir sıra düzəlişlər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Laşa Xutişvili parlamentdə məlumat verib.
Nazir bildirib ki, 2026-cı ilin icmal büdcəsinin xərclər hissəsi 35,5 milyard lari təşkil edir və bu çərçivədə dövlətin bütün maliyyə öhdəlikləri tam şəkildə təmin olunur.
Laşa Xutişvilinin sözlərinə görə, Gürcüstanın 2026-cı il dövlət büdcəsinin ümumi gəlirləri 30 milyard 290,8 milyon lari, dövlət büdcəsindən ayrılacaq vəsaitin həcmi isə 30 milyard 475,9 milyon lari müəyyən edilib.
Layihəyə əsasən, 2026-cı il büdcəsində real iqtisadi artım 5 faiz, ortamüddətli real iqtisadi artım proqnozu isə 5,3 faiz nəzərdə tutulub. ÜDM deflyatoru proqnozu 4 faiz, sonrakı illərdə isə bu göstərici 3 faiz təşkil edir. Gələn il orta inflyasiyanın proqnozu 3,6 faiz, ortamüddətli dövrdə isə hədəf göstərici daxilində 3 faiz proqnozlaşdırılıb.
Layihədə nominal ÜDM proqnozu 110,5 milyard lari səviyyəsində müəyyən edilib. Adambaşına düşən ümumi daxili məhsul isə 10,900 dolları ötüb.
İcmal büdcənin vergi gəlirləri 26,8 milyard lari məbləğində müəyyən edilib ki, bu da ÜDM-in 24,2 faizini təşkil edir. Gələn ilin əsas maliyyə sənədində büdcə kəsiri ÜDM-in 2,5 faizi, dövlət borcu göstəricisi isə ÜDM-in 35 faizi daxilindədir.
Yuxarıda göstərilənlər nəzərə alınmaqla, 2026-cı ilin icmal büdcəsinin xərc hissəsi ümumilikdə 35,5 milyard lari təşkil edir ki, bunun çərçivəsində dövlətin üzərinə götürdüyü öhdəliklər tam maliyyələşdirilir.
Qeyd edək ki, gələn ilin göstəriciləri cari ilin göstəricilərindən xeyli çoxdur. “Gürcüstanın 2025-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində real iqtisadi artım 5,5 faiz, ortamüddətli dövrdə isə real iqtisadi artımın proqnozu 5,3 faiz təşkil edir. Cari il üçün orta inflyasiya proqnozu hədəf göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır və 1,5 faizdir, ortamüddətli dövrdə isə hədəf göstərici 3 faiz səviyyəsindədir. Nominal ÜDM-in proqnozu 97,4 milyard lari səviyyəsində müəyyən edilib, adambaşına hesablanmış ümumi daxili məhsul isə 9600 dollara yaxındır.
2025-ci ilin birləşmiş büdcəsinin xərc hissəsi cəmi 31,2 milyard lari təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

