Alimlər: Günəş sistemindəki peyklərdən biri yaşayışa əlverişli ola bilər
01.10.2025 [19:53]
Alimlər Saturnun Enseladus adlı peykində həyat əlamətlərinə işarə edə biləcək yeni üzvi molekullar aşkar ediblər.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, tədqiqatçılar bu tapıntının buzlu peykin yaşayış üçün əlverişli ola biləcəyinə dair ehtimalları artırdığını bildirirlər. Enseladusun yaşayış potensialı alimlərin uzun müddətdir diqqət mərkəzindədir. Buna səbəb onun səthinin altında mövcud olan fəal okeanın olmasıdır. 2005-ci ildə “Cassini” kosmik aparatı peykin yanından keçərkən həmin gizli okeanın mövcudluğunu təsdiqləmişdi. O vaxtdan bəri tədqiqatçılar bu okeanı daha yaxından öyrənməyə çalışırlar.
Alimlər əsasən Enseladusun buzlu səthindəki çatlardan püskürən güclü su və qaz axınlarını araşdırırlar. Bu nümunələrdə artıq bir sıra üzvi molekullar aşkarlanmışdı ki, bu da həyat axtarışında böyük maraq doğurmuşdu. Son araşdırmalar isə göstərib ki, həmin axınlardan çıxan bəzi təzə zərrəciklər də maraqlı kimyəvi birləşmələr ehtiva edir. Bu, onların məhz Enseladusun dərinliklərindəki okeanda əmələ gəldiyini təsdiqləyir.
Tədqiqatın həmmüəllifi Frank Postberq qeyd edib: “Bizim tapdığımız təzə püskürən materialda aşkarlanan üzvi molekullar sübut edir ki, “Cassini”nin Saturnun E halqasında aşkar etdiyi mürəkkəb üzvi birləşmələr sadəcə kosmosda uzunmüddətli təsir nəticəsində yaranmayıb, əksinə, Enseladusun okeanında mövcuddur”.
Alimlər qeyd edirlər ki, bu nəticələr Enseladusun həyat üçün potensial məkan ola biləcəyinə dair ən güclü sübutlardan biridir.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

