Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqında ən çox miqrant həyatı yaşayan rumınlardır

Avropa İttifaqında ən çox miqrant həyatı yaşayan rumınlardır

28.07.2025 [22:29]

Hazırda Avropa İttifaqına üzv ölkələrdə 3,1 milyondan çox rumın vətəndaşı yaşayır ki, bu da ölkə əhalisinin 16,28 faizini təşkil edir. Bu göstəriciyə görə Rumıniya Aİ-də birinci yeri tutur.

AZƏRTAC xəbər verir ki, statistikaya əsasən, siyahının ikinci pilləsində 570 mindən çox vətəndaşı digər Aİ ölkələrində yaşayan Xorvatiya (14,9 faiz) qərarlaşıb. İlk üçlüyü isə 753 min vətəndaşı (11,68 faiz) xaricdə olan Bolqarıstan tamamlayır.

Qeyd edilir ki, Aİ-də daxili miqrantların ən az olduğu ölkələr Malta (0,92 faiz), Fransa (0,91 faiz) və Almaniyadır (0,9 faiz).

Məlumatda vurğulanır ki, Rumıniya diasporu ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edir və iqtisadi, siyasi proseslərə mühüm təsir göstərir. 2025-ci ilin fevralına olan məlumatlara əsasən, ümumilikdə 5,7 milyon rumın ölkə hüdudlarından kənarda yaşayır. Onların əsas hissəsi İtaliyada (1,1 milyon), İspaniyada (1 milyon), Böyük Britaniyada (1 milyonadək), Almaniyada (800 min) və ABŞ-da (460 min) məskunlaşıb.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31