Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cənubi Koreyada leysan yağışları insan tələfatına səbəb olub

Cənubi Koreyada leysan yağışları insan tələfatına səbəb olub

17.07.2025 [23:41]

Cənubi Koreyanın mərkəzi bölgələrinə yağan güclü leysan nəticəsində iki nəfər həlak olub, minə yaxın insan isə təhlükəli ərazilərdən təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, ölüm hallarından biri Osan, digəri isə Sosan şəhərində qeydə alınıb.

Ölkənin meteorologiya xidməti çərşənbə axşamı Sosan şəhərinə 344 millimetr yağıntının düşdüyünü bildirib.

Koreya Respublikasının hakimiyyət orqanları təbii fəlakət səbəbindən Çhunçhon və Kyonqido əyalətlərində həyəcan səviyyəsini ikinci pilləyə qaldırıblar.

Sinoptiklərin proqnozuna görə, yağışlar şənbə gününədək davam edəcək.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30