Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Son bir ayda Türkiyədə 600-dən çox meşə yanğını qeydə alınıb

Son bir ayda Türkiyədə 600-dən çox meşə yanğını qeydə alınıb

02.07.2025 [19:22]

Türkiyənin İzmir vilayətinin Seferihisar və Menderes, Manisanın Akhisar, Kula və Saruhanlı, eləcə də Bilecikin Vezirhan bölgələrindəki yanğınlar tamamilə, Hatayın Antakya və Manisanın Ahmetli bölgələrindəki yanğınlar isə böyük ölçüdə nəzarət altına alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.

Bildirilib ki, iyunun 1-dən 16-dək Türkiyədə 203 meşə yanğını baş verib. Ayın ikinci yarısında isə havanın kəskin istiləşməsi ilə əlaqədar bu göstərici 409-a çatıb.

Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin məlumatına görə, iyunun 1-dən 30-dək ölkə üzrə 1563 yanğın qeydə alınıb. Bunlardan 612-si meşəlik ərazidə, 951-i kənd təsərrüfatı sahələrində baş verib. Meşə yanğınlarının 499-u kənd təsərrüfatı ərazilərindən meşələrə yayılıb.

Məlumatda Türkiyənin Egey bölgəsində yanğın təhlükəsi riskinin yüksək olduğu bildirilib.

Qeyd edək ki, iyun ayında Türkiyənin bir çox bölgələrində havanın temperaturu 40 dərəcədən yüksək olub. Bu da yanğın riskini artırıb.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31