Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Amazon” Britaniyaya 54 milyard dollar investisiya qoyur

“Amazon” Britaniyaya 54 milyard dollar investisiya qoyur

24.06.2025 [13:36]

Elektron ticarət nəhəngi “Amazon” şirkəti Böyük Britaniyaya qarşıdakı üç il ərzində 40 milyard funt sterlinq (təxminən 54 milyard dollar) investisiya qoyacağını açıqlayıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, plan çərçivəsində “Amazon” East Midlands bölgəsində 2027-ci ildə istifadəyə veriləcək iki müasir anbar inşa edəcək.

Bundan əlavə, Hull və Northampton şəhərlərində bu və gələn il istifadəyə veriləcək anbarlar da planlaşdırılıb. Hər iki məkanda 2000 iş yeri yaradılacaq. Şirkət, həmçinin Birləşmiş Krallıq boyunca yeni çatdırılma mərkəzləri quracaq, mövcud 100-dən artıq əməliyyat binasını təkmilləşdirəcək.

Bu investisiya planına “Amazon”un bulud texnologiyaları bölməsi tərəfindən 2024-2028-ci illərdə data mərkəzlərinin inşası və istismarı üçün ayrılmış 8 milyard funt da daxildir.

Hazırda “Amazon” ölkədə 75 min nəfəri çalışdırır və bu göstərici ilə özəl sektorda ilk onluğa daxildir.

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31