İsveç NATO-nun yeni tələbləri əsasında müdafiə büdcəsini artıracaq
23.06.2025 [22:16]
İsveç hökuməti 2030-cu ildən NATO-nun yeni investisiya tələblərini ödəmək üçün müdafiə xərclərini hər il 64,5 milyard kron (təxminən 6,1 milyard dollar) artırmağı planlaşdırır.
Parlament partiyaları arasında əldə olunan razılaşmaya əsasən, müdafiə xərclərinin ümumi səviyyəsi ÜDM-in 5 faizini təşkil edəcək - bunun 3,5 faizi hərbi sahəyə, 1,5 faizi isə mülki müdafiəyə sərf olunacaq.
AZƏRTAC xəbər verir ki, çərşənbə axşamı Haaqada NATO-nun böyük sammiti başlayacaq və burada yeni məqsədin - üzv dövlətlərin müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılmasının həyata keçirilməsi müzakirə olunacaq.
Sammitdə əsas siyasi liderlərin, o cümlədən ABŞ Prezidenti Donald Trampın iştirakı gözlənilir.
İsveç Müdafiə Nazirliyi nümayəndələrinin sözlərinə görə, bu tədbirlər ölkənin müdafiə qabiliyyətini artırmaq və NATO-nun hədəflərinə çatmaq üçün lazımdır. Prioritetlər arasında hava hücumundan müdafiə, quru qoşunları və maddi-texniki təchizatın gücləndirilməsi, sursat və hərbi texnika ehtiyatlarının artırılması, həmçinin silahlı briqadaların modernləşdirilməsi yer alır.
İlkin mərhələdə Stokholm 2030-cu ildə 186 milyard kron (təxminən 17,7 milyard dollar) xərcləməyi planlaşdırırdı ki, bu da ÜDM-in 2,6 faizini təşkil edir. Amma 3,5 faizlik hədəfə çatmaq üçün 250,5 milyard kron (təxminən 23,8 milyard dollar) büdcə lazımdır.
Müqayisə üçün qeyd edək ki, Skandinaviya ölkəsi polisinin hazırkı büdcəsi 45 milyard kron (təxminən 4,3 milyard dollar) civarındadır.
İnvestisiyaların miqyasına baxmayaraq, bəzi müdafiə mənbələri alyansın standartlarına tam cavab vermək üçün bunu qeyri-kafi hesab edir. Bununla belə, səlahiyyətlilər vurğulayırlar ki, İsveç hərbi transformasiya prosesinə bir çox digər ölkələrdən daha tez başlayıb və artıq ÜDM-in 2 faizi həcmində xərcləmə səviyyəsinə çatıb.
İsveçin müdafiə naziri Pol Yonson bildirib ki, əlavə vəsait NATO-nun qarşıya qoyduğu məqsədlərə çatmaq üçün kifayət olmalıdır, baxmayaraq ki, yekun xərc iqtisadi artımdan və müdafiə xərclərində dəyişikliklərdən asılı olacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
Gündəm
31 Avqust 13:08
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21

