Türkiyədə növbəti dəfə “yeni Konstitusiya” anonsu...
21.05.2025 [09:35]
Türkiyədə yeni Konstitusiyanın qəbul edilməsi zərurəti zaman-zaman gündəmə gəlir. Ancaq bu məsələ hər dəfə müxtəlif səbəblərdən ertələnir. Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyası hələ 2021-ci ildə ölkənin yeni Konstitusiyasının layihəsini hazırlayıb təqdim etmişdi. Lakin siyasi partiyalar arasında əsas qanunun dəyişdirilməsi ilə bağlı konsensus əldə olunmamışdı.
Ərdoğan: Biz bu prosesi milli iradəyə söykənərək həyata keçirməliyik
Bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bəyan edib. “Türkiyənin ehtiyaclarına cavab verən, daha demokratik və müasir bir Konstitusiya lazımdır. Biz bu prosesi milli iradəyə söykənərək həyata keçirməliyik”,- deyən Prezidentin sözlərinə görə, yeni əsas qanun cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə, geniş ictimai konsensus əsasında hazırlanmalıdır. “Yeni Konstitusiyanın hazırlanması bir qrupun deyil, bütün millətin işi olmalıdır. Biz birlikdə bu tarixi addımı atmalı və Türkiyəni gələcəyə daha güclü şəkildə aparmalıyıq”, -deyə Ərdoğan vurğulayıb.
Prezident Ərdoğanın bu fikirləri ölkədə siyasi və hüquqi sistemin yenilənməsi istiqamətində yeni bir mərhələnin başlaya biləcəyinə işarə kimi qiymətləndirilir. Xatırladaq ki, Türkiyədə ilk Konstitusiya 1921-ci ildə cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə “Teşkilat - ı esasiye kanunu” adı ilə hazırlanaraq qəbul olunub. Həmin sənəd sonrakı dövrlərdə ölkədəki ictimai-siyasi proseslərə uyğun olaraq bir neçə dəfə dəyişdirilmişdi. Türkiyədə hazırda qüvvədə olan Konstitusiya isə 7 noyabr 1982-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilib. Bu Konstitusiyanın layihəsi ölkədə hərbi çevrilişindən sonra hərbi rəhbərliyin əmri ilə Məşvərət Məclisi tərəfindən hazırlanıb və 23 sentyabr 1982-ci ildə Məşvərət Məclisi, 18 oktyabr 1982-ci ildə Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.
Qüvvədə olan Konstitusiyaya dəyişikliklər edilsə də...
Konstitusiya referendum nəticəsində 91,37 faiz lehinə olmaqla qəbul olunub. Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi və ona dəyişiklik təklif edilməsi dördüncü maddə ilə qadağandır. Türkiyə konstitusiyasına 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib. Konstitusiyada 7 bölmə, 177 maddə və 16 müvəqqəti maddə var. 1982-ci il Konstitusiyası, əsasən, 12 sentyabr 1980-ci il tarixindən əvvəl ortaya çıxan problemləri aradan qaldırmaq və qanunların icrası zamanı yaranan narahatlıqlara son vermək üçün hazırlanmış əsas hüquqi aktdır. O dövrdə əsas çağırışlardan biri dövlətin gücləndirilməsi ilə bağlı idi. Ana Yasada bu məqama xüsusi diqqət çəkilib. Belə ki, əsas qanunda dövlətin güclənməsi onun icraedici gücü ilə əlaqələndirilib, hətta dövlətin fövqəladə hallarda Konstitusiyaya zidd qanunlar qəbul etməsinə belə icazə verilib. İcraedici orqanların qərarlarına mühakimə orqanı nə qədər nəzarət etsə də, hökumətin hətta insan hüquqlarına qarşı olan qərarlar qəbul etməsinə də şərait yaradılıb.
İlyas Hüseynov: Türkiyə daha demokratik və müasir dövlətə çevriləcək
Bəs yeni Konstitusiya Türkiyə üçün nə vəd edir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, konstitusiya hər bir ölkənin idarə edilməsində, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində, hüquqi dövlət quruculuğu prosesində ən önəmli sənəddir. Bu baxımdan, labüd olan inkişaf bəzi məqamlarda müəyyən hüquqi sənədlərin də yenilənməsini, müasir tələblərə uyğunlaşdırılmasını tələb edir. Yeni konstitusiyanın qəbulu və ya ona hər hansı bir dəyişiklik, əlavə isə yalnız ümumxalq səsverməsi - referendum yolu ilə baş tutur. Təbii ki, indiki halda Türkiyədə Ana Yasanın dəyişdirilməsi və ya yenidən qəbulu bu bağlı məsələ qarşıdakı perspektivdə ölkənin daha uğurlu inkişafının təmininə yönəlib.
Politoloqun sözlərinə görə, Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ötən illər ərzində böyük inkişaf yolu keçib: “Bu gün qardaş olkə regional liderlikdən çıxaraq qlobal aktora çevrilib, Yaxın Şərqdə dominant rolu və ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. PKK terror təşkilatının özünü buraxması da burada vacib faktordur. Türkiyə dünyada bir sıra münaqişələrin həllinə özünün ədalətli yanaşmaları ilə sanballı töhfələrini verir ki, bunun da arxasında həm də güc amili dayanır. Suriyada baş verən proseslərdə, bu ölkədəki yeniliklərdə Türkiyənin böyük təsiri var”.
Həmsöhbətimizin fikrincə, hazırkı inkişaf mərhələsi və qarşıdakı hədəflər yeni çağırışlar diqtə edir. Lakin Əsas Qanundakı bəzi məhdudiyyətlər bu çağırşları qarşılamağa imkan vermir. “Türkiyə hakimiyyətinin bəyan etdiyi kimi, ölkənin bundan sonrakı yolu demokratiya və qanunun aliliyi yoludur. Son prezident seçkilərində qardaş ölkə dünyaya bir demokratiya dərsi verdi. Müasir Türkiyənin demokratik imici Konstitusiya qaydasında da möhkəm şəkildə təsbit edilməlidir. Konstitusiya islahatları aparmaq istəyən Ərdoğan iqtidarı Türkiyəni dünyaya daha müasir və demokratik dövlət kimi təqdim etmək niyyətindədir”,-deyə İ.Hüseynov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

