Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Etna vulkanı yenidən oyanıb

Etna vulkanı yenidən oyanıb

13.05.2025 [16:34]

İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən kül və lava püskürməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı məlumatda Etnanın cənub-şərqindəki “Yeni ağız” adlı kraterində partlayış baş verdiyi və vulkanın yamaclarında lava axınının müşahidə olunduğu bildirilib. Bu, cari ilin fevral və aprel aylarında vulkanda qeydə alınan 13-cü aktivlikdir.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb. Kül dumanının hündürlüyü 2 kilometr yüksəkliyə çatıb.

Vulkanın püskürməsi nəticəsində Kataniya şəhərinin “Fontanarossa” hava limanında uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır.

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31