“Ümumdünya Hörümçək Toru”
30.04.2025 [08:10]
Beynəlxalq internet şəbəkəsi 32 “yaşa çatdı”...
Bəşər tarixinin ən böyük ixtiralarından biri internetdir. Etiraf edək ki, internet bu gün hər birimizin həyatının ayrılmaz bir parçasına çevrilib. İnternet ümumi mənada “qlobal şəbəkədə birləşdirilmiş kompüterlərin məcmusu” deməkdir. Faktiki olaraq internet bütün dünyada milyonlarla kompüter, proqram, informasiya bazaları, fayllar və əlbəttə ki, insanlar arasında əlaqə yaradan şəbəkələrin toplumudur. Çox vaxt internet termininə sinonim kimi “WWW” (World Wide Web - ingiliscə “Dünya Hörümçək Toru”) termini işlədilir.
Bu gün saytların sayı 1,1 milyarddan çoxdur
1993-cü ilin 30 apreli dünya miqyasında mühüm və ən geniş ünsiyyət şəbəkəsi olan “World Wide Web”-in (www) yaranma tarixidir. “Ümumdünya Hörümçək Toru” mənasına gələn “World Wide Web” HTML təməlli “web” səhifələrin yaradılmasına təkan verib. Bununla da artıq internet qloballaşmağa başladı. Bunun üçün dünya İsveçrədə, CERN-də işləyən bir kompüter proqramlaşdırıcısı Tim Berners Liyə borcludur.
1993-cü ilin aprelində “World Wide Web” şəbəkəsində cəmi 623 sayt var idi və onlara giriş çox məhdud idi. Bu gün saytların sayı 1,1 milyarddan çoxdur və istifadəçilərin sayı artıq 5 milyardı ötüb. Əlbəttə ki, 32 il ərzində internetdə dəyişən təkcə saytların sayı deyildi.
Hər şey necə başladı?
1980-ci illərin sonlarında Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) yüzlərlə ölkədən minlərlə elm adamının məlumat mübadiləsini sürətləndirməyə imkan verən texnologiyaya ehtiyacı var idi. Proqramçı Tim Berners-Li o zaman CERN üçün daxili şəbəkə qurmaq üzərində işləyirdi. 1989-cu ildə o, istənilən yerdən əldə edilə bilən qlobal hipermətn sistemi üçün layihə təklif etdi. Məhz bu layihə bugünkü internetin əsasını təşkil etdi və onun yaradıcıları Berners-Li ilə həmkarı Robert Cayo oldular.
Artıq 1991-ci ilin yanvarında yuxarıda adları çəkilən mütəxəssislər tərəfindən hazırlanmış texnologiya CERN-dən kənara çıxdı və digər tədqiqat institutlarının istifadəsinə verildi. Nəhayət, 23 avqust 1991-ci ildə geniş ictimaiyyət bu texnologiyaya giriş əldə etdi. Sonrakı 2 il ərzində internetdə cəmi 50 vebsayt peyda oldu.
Brauzerlər və internetin yayılması
1993-cü ildə CERN WWW protokolunu və kodunu istifadəçilər üçün pulsuz etdi, bu da onun daha geniş tətbiqinə şərait yaratdı. Elə həmin il NCSA quraşdırılmış şəkilləri göstərə və HTTPd serveri tərəfindən işlənmiş formaları təqdim edə bilən qrafik brauzer olan “Mosaic Web Browser”i buraxdı. Bu brauzerin yaranması ümumdünya internet şəbəkəsinin şöhrətini daha da artırdı və bir ildən az müddətdə artıq minlərlə sayt istifadəyə verildi.
Növbəti il Marc Andreessen və Cim Klark “Netscape”-ni təsis etdi və “Navigator” brauzerini buraxdılar. Ardınca “Java” və “JavaScript” gəldi. “Netscape” qısa bir zamanda dominant brauzer oldu. 1995-ci ildə “Netscape” ictimaiyyətə açıldı, internet səs-küyünə səbəb oldu və dot-com qabarcığını işə saldı.
Tezliklə “Microsoft” öz internet brauzerini yaratdı. “Explorer” sözdə brauzer müharibəsinin başlanmasına səbəb oldu. Növbəti 14 ildə “Windows” ilə birləşdiyi üçün “İnternet Explorer” dominant brauzer oldu.
İnternetin faydaları qədər gənc nəslin inkişafında ziyanının da olduğu söylənilir. İnternetdən səmərəsiz şəkildə istifadə edən hər kəs günlərini məhv edir. Lakin bütün günahı tam olaraq internetin üzərinə də yıxa bilmərik. Böyüklər, gənclər, uşaqlar - hər kəs internetdən pis və ya yaxşı, başqa sözlə, istədiyi şəkildə istifadə edir. Bu, onların öz seçimidir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

