“Bu günün balacaları sabahın böyükləridir”
23.04.2025 [08:35]
Qardaş Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günüdür...
Bu gün Türkiyənin tarixində dönüş nöqtələrindən biridir. Aprelin 23-də qardaş ölkənin hər bir tərəfində bayram əhval-ruhiyyəsi yaşanır. Belə ki, həmin tarixdə Türkiyə xalqı öz suverenliyini ölkəni ələ keçirmək istəyən düşmənlərə və onlarla əməkdaşlıq edənlərə qarşı mübarizə apararaq əldə etmişdi. 1920-ci il aprelin 23-ü, eyni zamanda, türk millətinin iradəsini təmsil edən Birinci Böyük Millət Məclisinin qurulması və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Həmin gün Türkiyədə Milli suverenlik və Uşaq Bayramı günü kimi qeyd olunur.
Uşaqların göstərişləri yerinə yetirilir
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 1924-cü il aprelin 23-də bayramın qeyd edilməsi barədə qərar verib. 1927-ci ildən isə bu tarix həm də Uşaqlar Günü kimi qeyd olunur.
“Bu günün balacaları sabahın böyükləridir”,-deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində Türkiyədə uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur.
23 Apreldə bayram Türkiyə Respublikası dövlət adamlarının, Anıtkabir də daxil olmaqla, müxtəlif Atatürk abidələri yanında rəsmi mərasimlərlə başlayır, stadionlarda ibtidai təhsil şagirdlərinin hazırladığı nümayişlərin sərgilənməsi və rəsmi keçidlərlə davam edir. Rəsmi tədbirlərdən sonra müxtəlif növ yarışmalar keçirilir. Müxtəlif qeyri-hökumət təşkilatları və ya qurumlar tərəfindən təşkil edilən tədbirlərə yer verilir.
Şənliklərə 50-dən çox ölkənin uşaqları qatılır!
Türkiyə 23 Apreli bütün dünya uşaqlarının qeyd etdiyi bir bayram halına gətirməyi məqsəd qoymuşdu. Birinci dəfə yalnız SSRİ, İraq, İtaliya, Rumıniya və Bolqarıstanın iştirak etdiyi şənliyə hazırda təxminən 50-dən çox ölkənin uşaqları qatılır. Bayram tədbirləri 1979-cu ildən 2000-ci ilə qədər Türkiyənin paytaxtı Ankarada təşkil edilib, daha sonra ölkənin başqa şəhərlərində də həyata keçirilir.
Müstəqilliyinin sarsılmaz ifadəsi olaraq türk millətinin qəlbində ən mühüm yer tutan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı hər il ölkəmizdə və xaricdəki nümayəndəliklərimizdə, bütün qurumlarımızda müxtəlif tədbirlərlə qeyd edilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25

